ŞOK. Ronaldo “Real”ı tərk etmək istəyir

04.09.2012 | 5913 dəfə oxunub


Kriştiano Ronaldo “Real”ı tərk etmək istəyir. Stadium.az xəbər verir ki, portuqaliyalı ulduz hazırkı məvacibindən razı deyil. Bu səbəbdən də Ronaldo tezliklə “PSJ”yə keçə bilər.

La-Liqanın III turu çərçivəsində “Qranada”ya qarşı keçirilən matçdan sonra Ronaldo “Real”da xoşbəxt olmadığını və bunun səbəbini rəhbərliyin bildiyini bəyan edib. Ronaldonun hazırkı müqaviləsinə əsasən o ildə 10 milyon avro qazanır. Lakin bu məbləğ portuqaliya ulduzu qane etmir. Çünki “Kral klubu”nun heyətinə düşməyən Kakanın qazancı Ronaldodan bir qədər azdır. Kriştiano illik məvacibinə görə Didye Droqba (“Şanxay Şenxua”), Zlatan İbrahimoviç (“PSJ”) və Samuel Eto`Odan (“Anji”) geri qalır.

Qazandığı pula görə xeyli vergi ödəməsi də Ronaldonu razı salmayan səbəblərdən biridir. İspaniya qaydalarına görə, ölkədə çalışan hər bir kəs 23, illik qazancı 600 min avrodan çox olan şəxslər isə 40 faiz vergi ödəməlidirlər ki, bu da portuqaliyalının ürəyincə deyil.  

Qarşıdakı günlərdə Ronaldonun “Real”ın prezidenti Florentino Pereslə görüşü nəzərdə tutulub. Görüş zamanı Kriştiano məvacibinin artırılmasını tələbə edəcək. Müsbət cavab almayacağı halda, Kriştianonun “PSJ” ilə danışıqlara start verəcəyi güman olunur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail