Bandoviç özü gətirdiyi futbolçuya niyə güvənmir? ARAŞDIRMA

04.09.2012 | 3947 dəfə oxunub


“Bakı”nın baş məşqçisi postunda Novruz Əzimovu əvəzləyən Bojidar Bandoviç təyinatından bir qədər sonra komandaya 2 yeni futbolçu dəvət etdi. Stadium.az xəbər verir ki, məhz Bandoviçin istəyinə uyğun olaraq Leandro Rodriqo Beçerra və Evangelos Mantzios komandaya cəlb olundu. Geridə qalan 4 tur ərzində yunan forvarddan fərqli olaraq, Bandoviç Beçerraya şans verməyib. “26 nömrə” nəinki meydana çıxıb, onun adı heç “18-liy”ə də düşməyib. Maraqlıdır, Bandoviç özü gətirdiyi futbolçuya niyə güvənmir? Klubu rəsmi saytında yer alan foto və videolardan görünür ki, argentinalı oyunçunun zədəsi yoxdur. Bəlkə Beçerranın sənədləri qaydasında deyil? Bu sualla klubun vitse-prezidenti Yaşar Seyidova müraciət etdik. Klub rəsmisi sənədlərin qaydasında olduğunu bildirdi: “Beçerranın sənədlərində heç bir problem yoxdur. Onun transfer vərəqi avqustun 1-dən bizdədir, biz də PFL-ə təqdim etmişik. Yəni futbolçunun meydana çıxmaması üçün heç bir problem yoxdur. Qalanı baş məşqçidən asılıdır”.

Göründüyü kimi, sualımızın cavabı Bojidar Bandoviçdədir. Lakin serbiyalı mütəxəssis zənglərimizi cavabsız qoyduğundan Beçerranın oynamamasının səbəbini serb məşqçidən soruşa bilmədik.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail