Elxan Məmmədov: "Millimiz qrupda 7-dən çox xal toplamalıdır"

04.09.2012 | 3809 dəfə oxunub


Azərbaycanın futbol üzrə milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində 7-dən çox xal toplamağı qarşısına məqsəd qoyub. Stadium.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.

"Azərbaycan yığması ötən seçmə mərhələdə öz tarixində rekord səviyyədə - yeddi xal qazanıb. Bu dəfə məqsədimiz daha çox xal toplamaqdır", - deyə o bildirib.

Baş katib qeyd edib ki, Azərbaycanın yer aldığı "F" qrupunda əsas favoritlər Portuqaliya və Rusiyadır, həmçinin Şimali İrlandiya da futbol ənənəsi olan ölkədir: "Lakin unutmaq lazım deyil ki, Avro-2012 seçmə mərhələsində Azərbaycan millisi qrupun əsas lideri sayılan Türkiyə yığmasını məğlub etmişdi".

O bildirib ki, istər klub, istərsə də milli yığma səviyyəsində Azərbaycan futbolu son dörd ildə sürətlə olmasa da, inkişaf edib: "Azarkeşlər də, biz də istərdik ki, Azərbaycan millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazansın. Amma anlamalıyıq ki, bunu stadionsuz, infrastruktursuz etmək mümkün deyil. Avropanın böyük futbol ölkələrinin futbol infrastrukturuna, məktəbinə baxandan sonra anlayırıq ki, onların final mərhələsinə vəsiqə qazanması məntiqlidir".

Baş katib vurğulayıb ki, Azərbaycanda idman infrastrukturu son 6-7 ildə sürətli inkişafa başlayıb - olimpiya kompleksləri tikilib, klubların nəzdində infrastruktur yaradılıb: “Hazırda deyə bilərik ki, 12 klubdan 6-nın stadionu var. Azərbaycan yığmasında bu gün çox cavan heyət formalaşıb - orta yaş səviyyəsi 23-dür. Təbii ki, əlavə gənc futbolçular cəlb ediləcək. Bu da onu göstərir ki, bu komanda 4-5 il oynaya, nəticə göstərə bilər".

Qeyd edək ki, Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 7-də Bakıda İsrailə qarşı keçirəcək, sonra isə sentyabrın 11-də səfərdə Portuqaliya ilə qarşılaşacaq. Azərbaycanın yer aldığı qrupda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail