“Bakı”nın futbolçusu: “Yenidənqurmadan sonra böyük həvəslə “Tofiq Bəhramov”a gedəcəyəm”

04.09.2012 | 4814 dəfə oxunub


“Bakı”nın futbolçusu Əziz Quliyev klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az xəbər verir ki, gənc futbolçu tezliklə əvvəlki formasını bərpa etməyə çalışdığını bildirib: “Düzünü desəm, mənim üçün çətindir, çünki bir aydır ki komandadan kənar qalmışdım. İndi artıq məşqlərə başlamışam. Əlimdən gələni edirəm ki, tezlikə forma yığım. Zənnimcə, belə davam eləsəm, “Turan”la oyunda komandama kömək edə bilərəm. “Turan”nan oyundan sonra bizi Lənkəranda çətin oyun gözləyir. Deyirlər ki, oyun Yevlaxda keçiriləcək. Mənim üçün daha rahat olmalıdı, çünki mən uzun müddət “Karvan”ın heyətində oynamışam və həmin meydanı yaxşi tanıyıram”.

Ə.Quliyev millimizin İsraillə oyunu haqda da fikirlərini açıqlayıb: “Əlbəttə ki, mən Azərbaycan millisinə azarkeşlik edəcəm. Bunun üçün ikiqat stimul var, çünki milli komandanın heyətinə həmklublarım Elvin və Aqil Məmmədovlar da çağırılıb. Yenidənqurmadan sonra böyük həvəslə Tofiq Bəhramov adına stadiona gedib, oyunu canlı izləyəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail