"Həm “Bakı” ilə, həm də “Turan”la oyunum pis alınmadı"

05.09.2012 | 4914 dəfə oxunub


Bu mövsüm “Simurq”un uğulu transferlərindən hesab olunan Asif Mirili klubumuzun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, icarə əsasında komandanın heyətinə qatılan gənc futbolçu hazırlıq prosesi və özü haqqında sualları cavablandırıb.

- Asif, ilk növbədə “Simurq”a gəlməyin haqqında danışaq. Necə oldu ki, komandamıza keçidin baş tutdu?

- Bura gəlməmişdən əvvəl keçmiş klubumun rəhbərliyi, baş məşqçisi ilə müzakirələr apardım və onları razılığın aldım. Orada yaxşı təlim-məşq toplanışları keçdim və oynamağa hazır idim. İki klubunda ortaq razılığından sonra “Simurq”a keçidim baş tutdu.

- Komandaya uyğunlaşmağın çətin olmadı?

- Deyərdim ki, elə də çətin olmadı. Çünki buradakı uşaqların əksəriyyətini əvvəlcədən tanıyırdım. Bir çoxu ilə birlikdə oynamışam. Baş məşqçimizdə bir vaxtlar keçmiş klubum “İnter”də işləyib. Oradan tanışlığım var idi. Bu baxımdan “Simurq”da çətinliyim olmadı. Həm də Zaqatala mənim üçün bir baxımdan yaxşı oldu ki, məşq etməyə əlavə vaxtım olur. Hazırlıqlardan sonra qalıb, üzərimdə işləyə bilirəm.

- “Simurq”a transfer olan günün səhərisi əsas heyətdə meydana çıxdın. Bəs, bu səndə nəsə çətinlik yaratmadı? Əsas heyətdəki mövqeyini qorumağa çalışırsanmı?

- Məşqçimiz çox sağ olsun. Mənə güvəndi və əsas heyətdə şans verdi. Deyərdim ki, həm “Bakı” ilə, həm də “Turan”la oyunum pis alınmadı. Əlbəttə ki, yerimi qorumaq üçün çox çalışıram. Bilirəm ki, hazırlıq prosesində artırmasam, kimsə məşq edib məni keçə bilər. Komandada güclü rəqabət var. Mən də hər gün məşqlərdə daha çox çalışıram ki, komandadakı yerimi qoruya bilim.

- Gürcüstan toplanışı necə gedir?

- Yaxşı məşqlər keçirik. Hazırlıq prosesimiz yüksək səviyyədə təşkil olunub. Bizdə bunu futbolçular olaraq dəyərləndirib, zəif cəhətlərimizi aradan qaldırmağa çalışırıq. Hələ ki, hər şey qaydasındadır. İnanıram ki, sona qədər də belə davam edəcək. 

- “Xəzər Lənkəran”la oyunun təxirə salınması komandanın oyununa təsir göstərərmi?

- Məncə bu bizim oyunumuza o qədər də təsir göstərməyəcək. Çünki qarşılaşmalara hazırlaşmaq üçün əlavə vaxt qazandıq. Bu da matçlarda özümüzü yaxşı tərəfdən göstərmək və qələbə qazanmaq üçün çox kömək edəcək.  

 - Fasilədən sonra ilk oyunumuzu “Rəvan”ladır. Bu komandanını necə dəyərləndirərdin? 

- “Rəvan” yaxşı komandadır. Fikrimcə zəif rəqib deyil. Ən azından nəticələrinə diqqət yetirsək bunu görə bilərik. Son turda “Qarabağ”la heç-heçə etdi. Hər oyuna hazırlaşdığımız kimi, bu qarşılaşmaya da ciddi hazırlaşırıq.

- Komandamız cari mövsümdə qarşıya qoyulan məqsədə çatmaq gücünə malikdirmi?

- Əlbəttə, heyətdə olan hər bir futbolçu yaxşı bilir ki, “Simurq” bu mövsüm ilk “altılıq”a mütləq düşməlidir. İnanıram ki, biz buna nail olacayıq. Çox mehriban kollektivimiz var. Heyətdə həm təcrübəli, həm cavan yaxşı oyunçularımız var.  

- Zaqatala azərkeşləri haqqında nə deyə bilərsən?

- Onlarla münasibətlərim çox yaxşıdır. Çox sağ olsunlar ki, komandaya yeni gələn hər bir futbolçu kimi, məni də yaxşı qəbul etdilər. Bizdə çalışacayıq ki, qarşıdakı turlarda onları daha çox sevindirək. Azərkeşlərimizin bizə olan inamını itirməyək.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail