Millimiz FİFA reytinqində irəliləyib, Lüksemburqdan geri düşdü

05.09.2012 | 3681 dəfə oxunub


FİFA milli komandaların aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyərək, 107-ci yerə yüksəlib. Millimizin aktivində 324 reytinq balı var.

Dünya çempionatının seçmə mərhələsində millimizlə bir qrupda yer alan komandalardan Portuqaliya 1 pillə irəliləyərək, 4-cü yerə yüksəlib. Rusiya millisi 2 pillə geriləyərək, 13-cü yerə enib.Sentyabrın 7-də Bakıda qarşılaşacağımız İsrail millisi ötən ayla müqayisədə 7 pillə irəliləyib, hazırda 75-cidir. Lüksemburq millisi 4 pillə irəliləyərək, 106-cı yerə qalxıb və siyahıda millimizi arxada qoyub. Qrupumuzda yer alan komandalardan ən pis göstərici Şimali İrlandiya millisinə məxsusdur. Britaniyalılar ötən ayla müqayisədə 28 pillə geriləyərək, 129-cu yerə enib.

Sıralamanın ilk 3 pilləsində dəyişiklik olmayıb. Əvvəlki kimi İspaniya millisi birinci, Almaniya ikinci, İngiltərə isə üçüncüdür. Uruqvay millisi beşinci, İtaliya altıncı, Argentina yeddinci, Holalndiya səkkizinci, Xorvatiya doqquzuncu, Danimarka onuncudur. Braziliya 12, Fransa 15-ci, Türkiyə millisi isə 35-ci pillədə qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail