Naci Şensoy: "Neftçi" qrup mərhələsində rəqiblərindən qorxmamalıdır"

05.09.2012 | 5371 dəfə oxunub

Azərbaycan futbolsevərlərinin yaxşı tanıdığı Naci Şensoy da "Neftçi"nin tarixi uğuruna münasibət bildirdi. Stadium.az saytına açıqlamasında Şensoy bunları söylədi:

* "Facebook"da "Neftçi"ini bu böyük qələbəyə görə təbrik edən ilk mən oldum. Yadımdadır, sizin sayta müsahibəmdə demişdim ki, Azərbaycan futbolunda inkişafı var və qəti şəkildə gözlə görünəcək dərəcədədir. Çünki kulublar çok böyük pullar xərcləyirlər. Sadəcə klublar əcnəbi futbolçu və məşqçi seçimində daha diqqətli olmalıdırlar. Yəni gətirdiklərini əvvəlcədən yaxşıca araşdırmalıdırlar. Məncə hələ də çox gərəksiz və səviyyəsiz futbolçular Azərbaycana gəlməkdə davam edir. Yəni xərclənən pullar hələ də tam olaraq öz bəhrəsini verməyib. İndiyədək sadəcə aradakı menecerlər yaxşı pullar qazanıb.

* "Neftçi"ni bir daha təbrik edirəm. Daha əvvəl də sizin sayta açıqlamamda bildirmişdim ki, "Neftçi"nin rəhbərliyi çox peşəkarca çalışır. Çünki ağıllı prezidentləri var.

* Məncə qrup mərhələsində də bu komanda rəqiblərindən qorxmamalıdır. Bundan sonra "Neftçi"nin ən böyük rəqibi özü olacaq. Əgər bu komanda özündən razı olmasa, eyforiyaya qapılmasa, uğurunu davam etdirə bilər. Rəqiblərə gələndə, əlbəttə ki, hamısı güclüdür. Amma "Rubin"lə "Partizan" APOEL-də güclü deyil ki. "İnter" isə hazırda yaxşı günlərini yaşamır, sadəcə daha çox təcrübələri var.

* Məncə "Neftçi" "Partizan"dan daha çox xal toplamalıdır. İkinci pilləni tutmaları çox çətin görünür, amma heyəti gücləndirə bilsəydilər, bunu da edə bilərdilər.

* Bu uğurdan sonra "Neftçi" gələn mövsüm üçün yaxşı planlar hazırlamalıdır. Onlar bu uğurun təsadüfi olmadığını bir daha sübut etməlidirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail