Ruslan Abışov: “İsrailə vurduğum qolu anama həsr edirəm”

08.09.2012 | 5090 dəfə oxunub


Dünya Çempionatını-2014-ün seçmə mərhələsində millimizin ilk qolunun müəllifi olan Ruslan Abışov İsraillə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.az xəbər verir ki, Abışov İsraillə matç haqda danışıb, eləcə də Kamran Ağayevə dəstək olub.

- 1:1 hesablı heç-heçədən razı qaldınız?

- Sözün açığı, bu oyunda qələbə qazanmaq istəyirdik, amma alınmadı. Ümumi götürdükdə, heç-heçəni pis nəticə saymaq düzgün deyil. Matçın gedişi zamanı hesabda geridə idik. Lakin buna baxmayaraq, məğlubiyyətdən qaça bildik.

- Millimiz qol buraxdıqdan sonra sanki birdən ayıldı. Nə baş verdi: əvəzetmələr özünü göstərdi, yoxsa hesabda geri düşməyiniz buna səbəb oldu?

- Əlbəttə, əvəzetmələr də öz sözünü dedi. Hücumlarımızın kəsəri artdı, bir neçə qol epizodu yaxaladıq. Heyf ki, istifadə edə bilmədik. Hər şey artıq keçmişdə qaldı, biz qarşıdan gələn Portuqaliya ilə oyunu düşünməliyik. Bu oyunda layiqli çıxış edərək yaxşı nəticə qazanmalıyıq.

- Vurduğunuz qolu kimə həsir edirsiniz: səhv buraxıb komandanı məğlub duruma salan qapıçınız Kamran Ağayevə, yoxsa, əzizlərinizə?

- Qolu anama həsr edirəm. Düzdür, buraxdığımız qolda Kamranın səhvi oldu, amma Kamran elə vəziyyətdədir ki, biz ona dəstək olmalıyıq. Mən çox istərdim ki, o “Xəzər Lənkəran”a qayıtsın və yenidən birlikdə çıxış edək.

- Sizin fikrinizcə qələbə qolunu vura bilərdikmi?

- Əlbəttə, bu günki oyunda əsas məqsədimiz qələbə qazanmaq idi. Amma bərabərlik də bizim üçün normal nəticə sayılmalıdı. Çünki 1:0 hesabı ilə geridə idik. Hesabı bərabərləşdirdikdən sonra yaxşı qol epizodlarımız oldu, əgər onları dəyərləndirsəydik qələb bizim olardı.

- Komanda növbəti oyuna hazırdırmı? Yorğunluq yoxdur ki?

- Sözsüz ki, bu Azərbaycan futbolunun xəstəliyidir. Dörd gündə iki oyuna çıxmağa, adətən fiziki cəhətdən çatdırmırıq. Amma artıq Avropa ilə ayaqlaşmaq lazımdı. Həkimlərimiz bizi bu oyunlara yaxşı hazırlayıblar. Portuqaliyaya qarşı layiqli futbol oynayıb sərfəli nəticə qazanmağa çalışacayıq. Hamı bilir ki, onlar bizdəb güclüdülər, amma əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq.

- Portuqaliyadan qorxmursunuz kı?

- Xeyr heç bir qorxu yoxdur. Heyətində bu qədər ulduzu olan bir komadaya qarşı oynamaq hər bir futbolçunun arzusudu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail