Mirsad Djerlek: “İstənilən Serbiya klubu ilə oyunda “Neftçi”yə dəstək verərik”

09.09.2012 | 7830 dəfə oxunub


Xəbər verdiyimiz kimi, “Neftçi” Avroliqanın "H" qrupunda Serbiyanın "Partizan" klubu ilə üz üzə gələcək. Həmin matçda Azərbaycandan gedən azarkeşlərlə yanaşı Serbiya çempionatında çıxış edən "Novi Pazar" klubunun ultra azarkeş qrupu olan "Ekstremi" də çempionumuza dəstək verəcək. “Ekstrime” qrupunun rəhbəri Mirsad Djerlek forzaneftchi.info saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- İlk sualım belə olacaq.Nəyə görə "Neftçi"yə dəstək olacaqsınız?

- Çünki Neftçi Azərbaycan klubudur və Azərbaycanda müsəlman ölkəsidir. Bizim şəhərin demək olar ki,  hamısı müsəlmandır.

- Əgər "Neftçi" sizin əzəli rəqibiniz olan "Partizan"la yox, digər komanda ilə düşsəydi, onda necə olacaqdı?

- Bizim üçün əsas dinimizdi. İstənilən Serbiya klubu ilə oynasanızda, biz yenə sizə dəstək verəcəyik. Çünki damarlarımızda türk, müsəlman qanı axır.

- Təxmini neçə nəfər olacaqsınız oyunda?

- Hal hazırda 100 nəfər hazır vəziyyətdədir. Bilirsiniz, Belqradla Novi Pazar arasında məsafə çox uzaqdı və avtobus 500 avroya gedir. Biz 2 avtobusun pulun özümüz toplamışıq. Əgər sizin tərəfdən yardım olsa, inanın 500 ultra oyuna gələr.

- Oyuna xüsusi banner, sloqan hazırlamısınız?

- Bəli, hazırlamışıq. Türkiyə və Azərbaycan bayraqlarını əldə etmişik.Lakin sizin klubun atributları olsa, lap əla olar.

- Niyə yalnız siz dəstək olmaq qərarına gəldiniz.Axı sizdən başqa 2 fan qrup da var?

- Çünki onlar qorxdular. “"Neftçi" ilə oyundan sonrada bizim ora səfərimiz olacaq və bundan çəkinilər.Amma biz qorxmuruq. Çünki biz qardaşlarımızı dar gündə tək qoymuruq.

- Sonda bütün "Neftçi"azarkeşləri adından sizə təşəkkür edirik.   



  #1   Adınız: Emil Bagirov;   E-mail: [email protected]

10.09.2012 00:29

Allah komekleri olsun.Dinin insanlari birleshdirdiyi kimi
bashqa hech bir amil insanlari bir-birine baglaya bilmez. Hem
de bashqa bir niyyet, maraq gudmeden. Qelbleri birleshdiren
Allahdir. Teki oyundan sonra bashlarina bir ish gelmesin,
InshaAllah. "Muselmanin derdi ile derdlenmeyen bizden
deyildir" Peygemberimiz Muhammad (s.a.s.)

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail