“Xəzər Lənkəran”ın prezidenti Türkiyənin Fəxri Konsulu oldu

09.09.2012 | 5578 dəfə oxunub


Sentyabrın 8-də Azərbaycanın Lənkəran şəhərində Türkiyə Respublikasının Fəxri Konsulluğu fəaliyyətə başlayıb. Stadium.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə yerli hökumət strukturları ilə yanaşı, Azərbaycan və Türkiyənin diplomatik nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dost və qardaş olan Azərbaycanla Türkiyənin siyasi və iqtisadi əlaqələrindən danışaraq, Fəxri Konsulluğun bu əlaqələrin daha möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyə Böyük Millət Məclisinin üzvləri Ahmet Arslan və Adnan Yılmaz da çıxış edərək, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu, iki dövlət arasında yaranmış qardaşlıq və dostluğun möhkəm təməl üzərində qurulduğunu bildiriblər.

Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar Fəxri Konsulluğun yerləşdiyi binada yaradılmış şəraitlə tanış olublar.

Türkiyənin Lənkərandakı fəxri konsulu Mais Mənsimov jurnalistlərə müsahibəsində iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafı, cənub bölgəsinin 7 rayonu üzrə konsulluq xidmətlərinin operativ və keyfiyyətli görülməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail