“Neftçi” “xalq komandası” adını əbəs yerə daşımadığını bir daha sübuta yetirdi”

10.09.2012 | 6091 dəfə oxunub


"Neftçi"nin heyətində 150-dən çox oyun keçirmiş, vurduğu qollarla Flaqmanın qızıl tarixinə adını yazdırmış veteran futbolçu Səmədağa Şıxlarov 57 yaşını qeyd etdi. Stadium.az veteran futbolçu ilə “Neftçi”nin rəsmi internet saytında yer alan müsahibəni təqdim edir:

- Səmədağa müəllim ilk olaraq sizi ad gününüz münasibətilə təbrik edirik. Elə ilk sualımızla sizi "Neftçi"də oynadığınız vaxta qaytarmaq istəyirik. Həmin illəri necə xatırlayırsınız?

- Təbrikinizə görə minnətdaram. Həqiqətən də sevindirici haldır ki, "Neftçi" rəhbərliyi veteran futbolçuları daim yada salır və onların yanında olur. "Neftçi" bir ailədir və burada vaxtilə oynamış hər bir futbolçu özünü bu ailənin sadiq üzvü hesab edir. Flaqmanın düşərgəsinə gələndə mənim 19 yaşım vardı. O zaman "Neftçi"nin heyətində bir mövqedə 5-6 futbolçu rəqabət aparırdı. Bir müddət əvəzedici komandada oynadıqdan sonra əsas heyətə cəlb edildim və burada möhkəmləndim. Hərbi xidmətdən qayıdandan sonra Rusiya və Ukraynanın bir neçə klubu mənim xidmətimdə maraqlı olsa da, "Neftçi"ni seçdim. Dediyim kimi bu komandanın xüsusi abu-havası var. "Neftçi"də çıxış etmək böyük məsuliyyət, gərgin əmək tələb edir. “Ağ-qara” formanı geyinmək hər bir futbolçuya nəsib olmur. Əgər mən bu şərəfə nail olmuşamsa deməli xoşbəxtəm.

- Uzun müddət "Neftçi"nin tarixi uğurları nostalji bir hiss kimi xatırlanırdı. Amma komandanın avrokuboklarda qazandığı uğur, Flaqmanın tarixi əzəmətini qaytardı.

- Doğrudan da hamımız darıxmışdıq bu qələbələr üçün. Son illər görülən işlərin nəticəsi olaraq inanırdıq ki, hər zaman ilklərə imza atan "Neftçi" bu dəfə də ümidlərimizi doğruldacaq. Tarixi əzəmətini qaytarmağa gəldikdə isə bu həqiqətən də belədir. "Neftçi"nin ev oyunlarını izlədim və komandamızın sərgilədiyi futboldan həqiqətən də zövq aldım. O zamanlar da "Neftçi" hücum xətti ilə seçilirdi və indi də belədir. Xalq komandası bu adı əbəs yerə daşımadığını bir daha sübuta yetirdi.

- "Neftçi" tarixi uğur qazanmaqla dünyanın ən güclü klublarından olan İtaliya "İnter"i ilə eyni qrupa düşdü. Təbii ki, digər rəqiblər "Rubin" və "Partizan" da Avropada adından söz etdirmiş komandalardır.

- Bu gün "İnter" kimi səviyyəli klubu Azərbaycana gətirmək böyük bir nailiyyətdir. Bu təkcə "Neftçi" yox, bütünlükdə ölkə futbolunun inkişafına xidmət edəcək. Hazırda Flaqmanın heyətində yerli gənc futbolçular çıxış edir. Onların "İnter"lə matçda meydana çıxması hər dəfə ələ düşməyən bir imkandır. Onlar özlərini ən yaxşı tərəfdən göstərməlidirlər çünki bütün Avropanın gözü bu futbolçularda olacaq. Digər rəqibləri də hesabdan silmək olmaz. "Rubin"in simasında Rusiya futbolu bizə yad deyil. Vaxtilə bu ölkənin komandalarına qarşı çox oynamışıq və qazandığımız parlaq qələbələr azarkeşlərin yaddaşından hələ də silinməyib. "Neftçi" qrupdakı rəqiblərlə layiqli mübarizə aparacaq gücdədir. İnanıram ki, həmin əzəmətini, gücünü qaytaran komandamız öz qızıl tarixinə hələ çox şanlı səhifə artıracaq.

- Qeyd etdiyiniz kimi "Neftçi" gənc yerli oyunçulara xüsusi diqqət ayırır. Özünüz də aşağı yaş qrupları üzrə komandalarda məşqçi işləyirsiniz. Yəqin ki, Flaqmanın uşaq futbolunun inkişafı istiqamətində gördüyü işləri yaxından izləyirsiniz.

- Şübhəsiz ki, futbolun inkişafı uşaq futbolunun vəziyyətindən asılıdır. Bu gün "Neftçi"nin aşağı yaş qrupları üzrə komandaları müvafiq çempionatlarda uğurla çıxış edir. Seleksiya işi və gənclərlə iş yüksək səviyyədə qurulub. "Neftçi" məktəbində hər zaman böyük rəqabət olub. Təsüdüfi deyil ki, komanda rəhbərliyinin müəyyənləşdirdiyi strategiya uşaq və gənc futbolçuların inkişafını rəhbər tutur. Biz bunun faydasını birdən-birə görə bilmərik. Bir neçə il keçəcək və "Neftçi" Azərbaycan futboluna böyük adlar, simalar bəxş edəcək.

Müsahibənin sonunda Səmədağa Şıxlarova APOEL ilə oyundakı tarixi qələbənin oyun forması hədiyyə olunub.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail