“Azərbaycanla oyunda 2 xal itirməklə İsrail millisi özü-özünə hökm oxudu”

10.09.2012 | 5842 dəfə oxunub


“Azərbaycanla oyunun nəticəsi mənim üçün gözlənilməz oldu. Çünki oyundan öncə hamı İsraildən qələbə gözləyirdi. Lakin qeydə alınan heç-heçə ilə İsrail millisi küncə sıxışdı”. Stadium.az xəbər verir ki, bu sözləri İsrail millisinin sabiq baş məşqçisi Şlomo Şarf “Sport-Ekspress”ə verdiyi açıqlamada deyib. İsrailli mütəxəssis keçmiş komandasının indi çətin vəziyyətə düşdüyün söyləyib: “Bakıda iki xal itirdikdən sonra İsrail millisi mütləq Rusiyaya qalib gəlməlidir. Hətta heç-heçə belə meydan sahiblərini qane etməyəcək. Amma buna inanmıram. Çünki indiki İsrail millisi evdə belə ruslara qalib gələcək gücdə deyil. Mən möcüzələrə inanmıram. Çünki 3-4 gün ərzində oyun səviyyəsini dəyişmək qeyri-mümkündür. Azərbaycanla görüşdə sərgilənən oyunun keyfiyyəti Rusiyaya qalib gəlmək üçün yetərli deyil”.    

Ş.Şarf sabiq yetirmələrinin Bakıdakı çıxışını sərt tənqid edib: “Bakıda İsrail millisi bərbad oynadı. Nə müdafiə, nə yarımmüdafiə, nə də hücum xətti öz vəzifəsinin öhdəsindən gələ bildi. Müdafiəçilər inanılmaz dərəcədə dəhşətli çıxış etdilər. Onlar arasında anlaşma yox dərəcəsində idi. Bu da təəccüblü deyil. Çünki onlar əvvəllər heç vaxt birgə oynamayıblar”.

Şarf “F” qrupunda yer alan komandaların şanslarını belə dəyərləndirib: “Qrupun şəksiz liderləri Portuqaliya və Rusiyadır. Azərbaycanla oyunda 2 xal itirməklə İsrail millisi özü-özünə hökm oxudu. Qarşıdakı Rusiya ilə oyunda da müsbət çıxışı inanmıram”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail