Manuel Skarlatake: “Neftçi” kimi biz də qrup mərhələsinə vəsiqə qazanacağıq”

11.09.2012 | 5548 dəfə oxunub


"Xəzər Lənkəran"ın rumıniyalı müdafiəçisi Manuel Skarlatakenin müsahibəsi

- Dörd turdan sonra komandada vəziyyət nə yerdədi?

- Nə deyə bilərəm… Yaxşı oyun sərgiləyirik. Düzdü, daha çox xal qazana bilərdik. "Rəvan" və "İnter"lə xal itirməyimiz buna mane oldu. Oyunumuzla nəticə fərqlənir. Bununla belə, çıxışımızı qənaətbəxş hesab etmək olar.

- Qayıdışın hələ də maraqla qarşılanır. Nə oldu ki, birdən-birə getdin və birdən-birə dönməyə razılıq verdin?

- Hər şey çox sadədi. “Xəzər Lənkəran”dan bəzi şəxslərlə, xüsusilə də prezidentlə söhbətimiz oldu. Mənə dedilər ki, transfer vərəqini "Dinamo”dan almaq istəyirik, sənin kimi müdafiəçiyə ehtiyacımız var. “Dinamo” rəhbərliyi ilə bir neçə dəfə görüşüb danışdılar. Tərəflər razılığa gəldikdən sonra Lənkərana qayıdışım baş tutdu.

- “Dinamo”da aldığından daha çox pul qarşılığında?

- Düzdü, “Xəzər”in təklif etdiyi müqavilənin şərtləri daha yaxşıdı. Bunu etiraf edirəm. Ancaq pul barədə danışmaq istəmirəm. Çünki bu, mənim üçün o qədər də vacib deyil.

- Qayıdışında Mirça Rednikin rolu oldu? Ümumiyyətlə, yenidən bura gəlməyin üçün sənə məsləhət verdi?

- Xeyr. Mən Redniklə heç nə danışmamışam. Onun hazırda Rumıniyada yeni komandası var. “Xəzər Lənkəran” barədə onunla o vaxtdan söhbətim olmayıb. Nə də Azərbaycana qayıtmağımla bağlı xəbər göndərib.

- Əvvəlki illərlə müqayisədə “Xəzər”də rumıniyalı futbolçuların sayı azdı. Rednikin zamanında aşağısı 6-7 həmyerlinlə bir yerdəydin. İndi cəmi iki nəfər qalıb - sən və Adrian Pit. Darıxmırsan?

- Burda heç də özümü tək-tənha hiss eləmirəm. Komanda yoldaşlarımla bir-birimizi çox yaxşı başa düşürük. Onların hər biri mənim üçün doğmadı. Bütün futbolçularla əla münasibətlərim var. İlk gəlişimdə xeyli dost qazanmışam. Buxarestdə olanda da çoxlarıyla əlaqəmi kəsməmişəm. Hamı tərəfindən gülərüz qarşılanmışam. Bu isə məni darıxmağa qoymur.

- Düzünü deyə bilərsən ki, Yunis Hüseynovla Mirça Rednik arasında nə kimi fərq var?

- Hər biri yaxşı məşqçidi. İkisinin də özünə məxsus oyun üslubu var. Rednik komandanı başqa taktika ilə hazırlayır, Yunis Hüseynov isə bir başqa. Hüseynov maraqlı məşqlər keçir, komandanı oyunlara yaxşı hazırlayır. O, həm də psixoloqdu. Futbolçularla necə danışmağı yaxşı bilir. Hər birimizlə yaxşı münasibətdədi.

- Köhnə-yeni komandan Avroliqada inamlı çıxış etmədi. Zəif “Nomme Kalyu”nu keçsəz də, ortabab “Lex” “sədd”inə ilişdiz. Səncə, Avropada niyə uğur qazana bilmirsiz?

- Hə, cəmi bir mərhələ keçdik, bu da səbəbsiz deyildi. Çünki rəqib “Lex” idi. Polşa klubu çox güclü rəqibdi. Mənə elə gəlir ki, buna görə uğursuz çıxış etdik. Lənkərandakı qələbə hesabını qoruyub saxlaya bilsəydik, Poznana daha rahat gedərdik. Amma alınmadı, səfərdə uduzduq və Avroliqa ilə vidalaşdıq. İnanıram ki, gələn il bir neçə yeni futbolçu ilə Avropada uğur qazanacağıq. Ən azından “Neftçi” kimi, biz də qrup mərhələsinə vəsiqə qazanacağıq.

 - Bir il Azərbaycandanda olmadın. Bura qayıdandan sonra çempionatımızda yeni nə gördün? Premyer Liqada nə dəyişib?

- Ancaq yaxşı şeylər. Yeni futbolçular, yeni komandalar. Futbolun səviyyəsi bir az da qalxıb. Hər il çempionat xeyli çətinləşir. İddialı klublar yaxşı transferlər edib, heyətlərini daha da gücləndiriblər. Bu, Azərbaycan futbolu üçün müsbət haldı. “Neftçi”nin bu uğurundan sonra ümid edirəm ki, hər il 2 və ya 3 klubunuz avrokubokların qrup mərhələsinə vəsqə qazanacaq. Rəqabət üçün stumul artıb.

- Bəs əzəli rəqibinizin son uğuru sizi qıcıqlandırmır?

- Qətiyyən! “Neftçi”nin qrup mərhələsinə düşməsi Azərbaycan futbolu üçün önəmlidi. Bu, bizi qıcıqlandırmır, əksinə, sevindirir. Çünki “Neftçi” tək özünü yox, bütün Azərbaycanı təmsil edir. Yaxşı heyəti var. İnanıram ki, bundan sonra da Avropada yaxşı çıxış edəcəklər.

- Avroliqanın qrup mərhələsində “İnter”, “Rubin”, “Partizan” kimi ciddi rəqiblərlə mübarizə aparacaqlar. Bakılıların qrupdan çıxmaq şansları neçə faizdi?

- “Neftçi” yaxşı komandadı. Amma mənə elə gəlir ki, qrupdan çıxmaq şansları elə də çox deyil. Evdə 3 oyun keçirəcəklər. Həmin qarşılaşmalardan xallar götürə bilərlər. Növbəti mərhələyə adlamaq çox çətindi. Lakin dediyim kimi, xal və ya xallar qazanaraq, avrokuboklardakı çıxışını yaxşı təəssüratlarla başa vura bilərlər.

Sport-Favorit



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail