Sneyderin “Neftçi”yə qarşı oynayacağı dəqiqləşdi

11.09.2012 | 5280 dəfə oxunub


Uesli Sneyderin “İnter”i tərk etməyəcəyi dəqiqləşib. Stadium.az xəbər verir ki, hollandiyalı futbolçu 2015-ci ildən tez Milanı tərk etmək haqda düşünmür. Bu haqda futbolçunun özü açıqlama verib: “Mən artıq “İnter”dən gedişim haqda yayılan şaiyələrə öyrəşmişəm. Amma mənim hazırkı müqaviləm 2015-ci ildə başa çatacaq. Sözləşmənin sonunadək komandada qalacağam. 3 ildən sonra nə baş verəcəyini isə indidən deyə bilmərəm. Mən heç vaxt “İnter”i tərk etmək haqda düşünməmişəm. Burada məni hər şey qane edir - klub, şəhər, komanda yoldaşlarım və baş məşqçi. Həm Stramaççoni, həm də Moratti futbolçularla çox gözəl anlaşır. İtaliyan futbolunun səviyyəsinin endiyi barədə deyilənlərlə razı deyiləm. Ümumiyyətlə, bu fikri heç cür qəbul edə bilmərəm. “Yuventus”un yaxşı heyəti var. Bir sıra futbolçularını itirdikdən sonra çoxları “Milan”ı hesabdan silmişdi. Amma əzəli rəqibimiz indi də çox güclü futbolçulara malikdir. “İnter”, “Roma”, “Napoli” skudettoya iddia edir. Komandanın kapitanı olmaq haqda düşünmürəm. Çünki oratada Zanetti amili var. Hesab edirəm ki, o ən azı 60 yaşına qədər oynayacaq (gülür)”.  

Xatırladaq ki, “İnter” Avroliqanın qrup mərhələsində “Neftçi”nin rəqibidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail