Bentu: “Azərbaycanla matçda bizə təkcə nəticə yox, həm də gözəl oyun lazımdır”

11.09.2012 | 3331 dəfə oxunub


Bu gün dünya çempionatının seçmə mərhələsində Braqada millimizi qəbul edəcək Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu axşamkı matçla bağlı fikirlərini açıqlayıb. Stadium.az “Goal.com”a istinadən xəbər verir ki, Bentu millimizlə oyunda təkcə nəticə deyil, həm də gözəl oyun haqda düşündüklərini bildirib: “Lüksemburqla oyunda 3 xal qazandıq. Bu, bizim əsas məqsədimiz idi. Amma həmin matçda müdafiəçilərin çıxışından razı qalmadım. Məhz bu səbəbdən də 90 dəqiqə ərzində oyuna nəzarət edə bilmədik. Bəlkə də bu mənim səhvim idi. Lakin indiki halda həmin matçı tam unutmalıyıq. Qarşıda bizi Azərbaycanla oyun gözləyir. Biz hər zaman həm qələbə qazanmağa, həm də gözəl oyun sərgiləməyə çalışırıq. Qarşıdakı matç da bu baxımdan istisna təşkil etməyəcək. Elə etməliyik ki, Azərbaycanla görüşdə təkcə nəticə deyil, həm də sərgilənən oyunun keyfiyyəti bizi razı salsın”.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail