Azarkeşləri söyən azərbaycanlı futbolçu 3 oyunluq cəzalandı

12.09.2012 | 5059 dəfə oxunub


İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, ötən gün keçirilən toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan I Divizionunun I turunun “Göyəzən” - “Şuşa” matçının 71-ci dəqiqəsində “Göyəzən” klubunun  baş məşqçisi Elxan Muradov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub (maddə 62).

Oyunun 88-ci dəqiqəsində “Şuşa” klubunun 89 №-li futbolçusu Elçin Qasımov azarkeşlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə futbolçu 3 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 42.1).

Matçın 89-cu dəqiqəsində “Göyəzən” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 200 manat cərimə olunub (maddə 52).

Azərbaycan I Divizionunun I turunun “Ağsu” – “Şahdağ” matçının 79-cu dəqiqəsində “Ağsu” klubunun 19 №-li futbolçusu Ramil Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 37.1).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail