"Kəpəz" - "Qəbələ": VII duelə doğru

12.09.2012 | 3956 dəfə oxunub


Həftəsonu Azərbaycan Premyer Liqasında V turun oyunları keçiriləcək. Stadium.az “Qəbələ”nin rəsmi internet saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi bu turda “Kəpəz”lə qarşılaşacaq. Bu görüş komandalar arasında 7-ci duel kimi tarixə düşəcək. Sentyabrın 15-də Gəncədə baş tutacaq qarşılaşmayadək rəqiblər artıq 6 dəfə münasibətlərini ayırd edib.

- Bu qarşılaşma “Qəbələ”nin Fatih Kavlakın rəhbərliyi altında çıxdığı 25-ci Premyer Liqa oyunu olacaq. Əvvəlki 24 matçda 13 qələbəyə sevinən türkiyəli 5 dəfə heç-heçə görüb və cəmi 6 dəfə yetirmələri onu məyus edib. Bu oyunlarda top fərqi 37:21-dir.

- 6 oyunun hamısı Premyer Liqa çərçivəsində baş tutub. Bunların 4-ü 2010/11, 2-si 2011/12 mövsümündə baş tutub. Qarşılaşmaların 4-ü çempionatın təsnifat, 2-si “altılıq” mərhələsində keçirilib.

- Komandalar hərəyə 1 qələbə qazanıb, 4 dəfə isə heç-heçə ilə kifayətləniblər.

- “Qəbələ” “Kəpəz”lə oyunlarda 5 qol vurub 4-nü buraxıb.

- İlk oyunda “Kəpəz” “Gəncə” adı altında çıxış edib.

- Bu komandaların oyunlarında hələ ki, qonaqlar qalib gəlməyib.

- 4-cü dəfə Gəncənin qonağı olacaq “Qəbələ” səfərdə 2 heç-heçə edib və 1 dəfə məğlub olub. Topların fərqi isə 2:3-dür.

- “Kəpəz”lə oyunlarda “Qəbələ”nin 2 baş məşqçisi olub. İlk 5 oyunda Toni Adams 1 qələbə və 4 heç-heçəyə nail olub (top fərqi 3:1). Fatih Kavlak isə “Kəpəz”lə yeganə dueldə 2:3 hesablı məğlubiyyətə üzülüb.

- “Kəpəz”lə oyunlarda 32 futbolçu “Qəbələ”nin formasını geyib. 

- Bu oyunçulardan 10-u 2 mövsümdə - həm 2010/11, həm də 2011/12 mövsümündə gəncəlilərə qarşı oynayıb.

- 5 oyunçu - Pavel Doroşev, Lyubo Baranin, Stiv Olfers, Abdulkader Kamara və Arif İsayev hamıdan çox - 5 dəfə “Kəpəz”lə matçlarda meydana çıxıb.

- Bu oyunçulardan ikisi – Baraninlə Olfers daha çox – 450 dəqiqə meydanda olub.

- “Kəpəz”in qapısına vurulan 5 qolu ayrı-ayrı futbolçular vurub. Lyubo Baranin, Deon Barton, Murad Hüseynov, Luiz Hilario və Yannik Kamanan gəncəlilərlə qarşılaşmada fərqləniblər

- Komandanın “Kəpəz”lə oyunlarda buraxdığı 4 qoldan 3-nü Qrem Smit, 1-ni Pavel Doroşev buraxıb.

- “Qəbələ”nin 3 oyunçusu “Kəpəz”lə matçlarda meydandan qovulub. Bunlar Deon Barton, Bruno da Silva, Pavel Doroşevdir.

- Bruno 2-ci sarı vərəqəyə görə meydanı tərk edib. Doroşevlə Barton isə birbaşa qırmızı vərəqə alıblar.

- Qırmızıya çevrilən sarıları nəzərə almasaq “Kəpəz”lə oyunlarda 9 futbolçu 13 xəbərdarlıq alıb: Qoqa Beraya - 3, Stiv Olfers, Deon Barton – 2, Lyubo Baranin, Abdulkader Kamara, Nodar Məmmədov, Saşa Yunisoğlu, Mahir Şükürov, Veselko Trivunovic – 1.

- Bütün oyunlar
2010/11 31.10.2010 Premyer Liqa Gəncə - Qəbələ 0:0
2010/11 27.02.2011 Premyer Liqa Qəbələ - Gəncə 0:0
2010/11 02.04.2011 Premyer Liqa Qəbələ - Gəncə 1:1
2010/11 12.05.2011 Premyer Liqa Gəncə - Qəbələ 0:0
2011/12 16.10.2011 Premyer Liqa Qəbələ - Kəpəz (Gəncə) 2:0
2011/12 07.03.2012 Premyer Liqa Kəpəz (Gəncə) - Qəbələ 3:2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail