Vaqif Sadıqov: “Foqtsun bu cür yanaşması, komandanı irəli yox, geri aparır”

13.09.2012 | 5937 dəfə oxunub


“Oyundan sonra danışmaq rahatdı. Sadəcə, oyunöncəsi Foqtsun “Biz Portuqaliya ilə oyunda təcrübə yığacağıq” deməsi düzgün deyil”. Stadium.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis Foqtsun millimizi oyuna kökləməsindən narazıdır: “Bizimkilər açıqlamaları ilə rəqibdən qorxduqlarını göstərdilər. Komandanı oyuna belə kökləməzlər. Düzdür, rəqib çox güclüdür. Ancaq sən də öz gücünü göstərməlisən. Portuqaliya ilə ilk dəfə deyil qarşılaşırıq. Böyükhesablı məğlubiyyətlər də olub. Ancaq inandırım sizi, Şahin Diniyevin dönəmində milli portəgizlərə 0:3 hesabı ilə uduzanda daha məzmunlu futbol oynamışdı. Sanki milli məğlubiyyətə əmin olmuşdu. Foqtsun bu cür yanaşması, komandanı irəli yox, geri aparır. Qısası, Foqts açıqlama verəndə özünə hörmət etməlidi”. 

Futbol+


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail