Aylton “Terek”i “Neftçi”nin “qurbanı”ndan üstün tutdu

14.09.2012 | 4294 dəfə oxunub

“Terek”ə bir neçə gün əvvəl transfer olunan Aylton Almeyda yeni klubu haqda fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, Aylton Qroznı təmsilçisini sabiq klubu APOEL-dən üstün tutub: “Qroznıda “Sivasspor”a qarşı keçirdiyimiz görüş yoxlama matçı olsa da, stadiona xeyli sayda azarkeş toplaşmışdı. Çox şadam ki, mən ilk matçdaca yeni klubumda qol hesabı açdım, komandamız isə fanatları qələbə ilə sevindirə bildi. Rusiya futbolu son zamanlar inkişafdadır. Rusiya çempionatı Kipr birinciliyini səviyyə baxımından xeyli üstələyir. Bu səbəbdən də “Terek”dən təklif alarkən çox düşünmədim. “Terek”lə APOEL tam fərqli klublardır. Hesab edirəm ki, hazırkı klubum əvvəlkindən daha güclüdür. Çoxları hesab edir ki, APOEL Çempionlar Liqasında oynayıb deyə, “Terek”dən yüksəkdə dayanır. Amma bu, belə deyil. Sadəcə olaraq, Rusiya çempionatı daha güclüdür və burada yüksək rəqabət var”.

Xatırladaq ki, Ayltonun sabiq klubu APOEL Avroliqanın play-off mərhələsində “Neftçi”yə uduzub. Braziliyalı futbolçu da çempionumuza qarşı forma geyib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail