Okeana: "Futbol insanın özünəinam və hörmət hissini artırır"

16.09.2012 | 4482 dəfə oxunub

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də Fan Zonanın açılışı ilə əlaqədar olaraq Bakıdakı konsert proqramında çıxış etmək üçün şəhərimizə təşrif buyuran dünyaşöhrətli pop ulduz Okeana YTK-nın Media və Kommunikasiya departamentinə eksklüziv intervyu verərək çempionat, konsert proqramı və ölkəmiz haqqında ümumi fikirlərini bölüşüb. Rəsmi Kubok turunun sonu, digər həyəcan dolu bir tədbirin – Fan Zonanın açılışı məqsədilə təşkil olunan konsert proqramında çoxlu sayda tamaşaçının iştirakı gözlənilir. Fan Zona sentyabrın 15-dən çempionatın son gününə yəni, oktyabrın 13-nə qədər hər gün səhər 12-dən axşam saat 10-dək yerli əhaliyə əyləncə dolu günlər və əsl çempionat atmosferi yaşatmaq məqsədilə fəaliyyət göstərəcək.

Okeana artıq bütün dünyada futbola dəstəyi və sevgisi ilə tanınan bir pop ulduzdur. Müğənni Bakıdakı çıxışını və insanların reaksiyasını səbirsizliklə gözlədiyini bildirib və Azərbaycana ilk səfəri barədə təəssüratlarını bölüşüb.

“Bu mənim Azərbaycana ilk səfərimdir və burada çıxış etməkdən çox məmnunam. Bakı heyrətamiz şəhərdir. İnsanlar çox mehriban, gülərüz və səmimi, şəhərin arxitekturası isə sadəcə möhtəşəmdir. Adımdan göründüyü kimi mən dəniz sahilini xoşlayıram, buna görə də dənizkənarı parkınızı çox sevdim”.

Fan Zonada təşkil olunacaq konsertdəki çıxışı ilə bağlı sualı cavablandıran müğənni belə bir fikir söyləyib:“Mən bu konsertdə çıxış edəcəyimə görə qurur duyuram. Çünki futbol da musiqi kimi bütün dünyadakı insanları bir araya gətirmək, onlara sevinc dolu anlar bəxş etmək üçün ən gözəl vasitələrdən biridir. Məhz, buna görə futbolu və musiqini çox sevirəm, həm də onlar bir-birinə çox yaraşır”.

“İdman, xüsusən də futbol insanın özünə hörmət və inam hissini artıran bir şeydir. Buna görə, düşünürəm ki, idman qadınlar üçün çox əhəmiyyətlidir”.

 Futbol aləminə yeni – yeni qədəm qoymağa başlayan və idmanı gələcək karyerasının əsas hissəsinə çevirmək istəyən gənc futbolçulara səslənən Okeana bildirib: “Bir müğənni kimi sənətim və ona olan sevgim barədə deyə bilərəm ki, mən hər bir çıxışımda ifama ürəyimi və ruhumu verirəm. İdman üçün də qərarlı və israrlı olmaq, ondan zövq almağa çalışmaq çox mühüm amildir.

Mənim fikrimcə, qadınlar idman aləmində çox uğurla çıxış edirlər. Olimpiya oyunlarını izləyərkən də onların möhtəşəm performansının şahidi oldum. Onlar yüksək istedada malik, güclü idmançılardır və qadın idmanının gələcəyinin çox parlaq olacağını düşünürəm. Biz qadınlar bu yolla arzularımızı reallaşdıra biləcəyimizi və həmçinin özümüzə inam hissimizi nümayiş etdiririk. Buna görə də ümumilikdə qadınların beynəlxalq idman aləmində gələcəyini çox uğurlu görürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail