Dünya çempionatının daha bir iştirakçısı ölkəmizə gəldi

16.09.2012 | 4332 dəfə oxunub

FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların ölkəmizə gəlişi davam edir. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, Kanada və Kolumbiya milli yığmalarının ardınca futbol üzrə U-17 qadınlardan ibarət Çin milli komandası da artıq Azərbaycandadır. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qız bu dəfə də qarşılama ənənəsini davam etdirərək qonaqlara gül buketləri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət Çin milli komandasının oyunçuları və nümayəndə heyəti kiçik fotosessiyanın ardından qalacaqları otelə doğru yola düşüblər.  Qeyd edək ki, komanda heyəti bu cür diqqətli və qonaqpərvər  qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail