Türkiyədə sabiq “Neftçi”lilərin qarşıdurmasını “xoruzlar” qazandı

17.09.2012 | 4779 dəfə oxunub

Türkiyə PTT 1-ci liqin üçüncü turu çərçivəsində həmyerlilərimiz Rail Məlikovla Cavid Hüseynovun klubları - “Dənizlispor”la “Adana Dəmirspor” birincilərin meydanında qarşı-qarşıya gəliblər. Stadium.az xəbər verir ki, həm Rail, həm də Cavid meydana start heyətində çıxıb. Məlikov debüt matçını əvəzolunmadan keçirdiyi halda, Hüseynov 73-cü dəqiqədə Erçağla əvəzlənib.

Matç “Dənizlispor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Xoruzlar”ın qollarına 7-ci dəqiqədə Yasin Görkəm və 61-ci dəqiqədə Can imza atıb.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Dənizlispor” beşinci pilləyə yüksəlib. Rail Məlikovun komandası “ilk 4-lük”də qərarlaşan “Rizəspor”, “1461 Trabzon”, “Karşıyaka” və “Ərciyəsspor”dan cəmi 1 xal geri qalır.

Mövsümdə ilk yenilgisini Dənizlidə alan Cavid Hüseynovun komandası isə 2 xalla 13-cü pillədə qərarlaşıb.

Gələn tur “Adana Dəmirspor” öz meydanında “Konyaspor”u qəbul edəcək. “Dənizlispor” isə səfərdə “Tavşanlı Linyitpor”un qonağı olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail