AZAL rekordunu təkrarladı, “Qarabağ” ilk dəfə 6 qol buraxdı

17.09.2012 | 5142 dəfə oxunub


Azərbaycan Premyer Liqasının V turunun ən gözlənilməz nəticəsi AZAL – “Qarabağ” matçına təsadüf etdi. Bu turadək ilk 2 pillədə qərarlaşan komandaların oyununda hər 2 tərəfin qələbəsi gözlənilən olsa da, böyük hesablı nəticə tura rəng qatdı. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, 8 qolun vurulduğu matçda AZAL-ın 6:2 hesabı ilə qalib gəlməsi ilə hər 2 klub üçün tarixi nəticə əldə olundu.


 “Qarabağ” tarixində 6-cı dəfə  4 top fərqi ilə məğlub oldu. Antirekordunu təkrarlayan komanda əvvəllər 5 dəfə belə ağır yenilgi almışdı. Sonuncu dəfə buna 7 il, daha dəqiqi 2692 gün əvvəl təsadüf olunmuşdu.


21.11.1999

Qarabağ (Ağdam) - Şəmkir

1 - 5

24.09.2000

Şəmkir - Qarabağ (Ağdam)

5 - 1

04.11.2000

Qarabağ (Ağdam) - Neftçi (Bakı)

0 - 4

22.09.2001

Şəmkir - Qarabağ-Azərsun (Ağdam)

5 - 1

24.05.2005

Turan (Tovuz) - Qarabağ (Ağdam)

4 - 0

“Qarabağ” tarixində ilk dəfə Azərbaycan çempionatında 6 qol buraxdı. İndiyədək ən pis halda ağdamlılar 5 qolla uduzmuşdu. Bu da 20 ildə cəmi 4 dəfə yaşanmışdı. Sonuncu belə hal 11 il və ya 4012 gün öncə baş vermişdi.

21.11.1999

Qarabağ (Ağdam) - Şəmkir

1 - 5

24.09.2000

Şəmkir - Qarabağ (Ağdam)

5 - 1

05.05.2001

Qarabağ (Ağdam) - Turan (Tovuz)

2 - 5

22.09.2001

Şəmkir - Qarabağ-Azərsun (Ağdam)

5 - 1

AZAL Premyer Liqada özünün ən böyük hesablı qələbəsini qazanmağa yaxın olsa da oyunun sonunda buraxılan 2 qolla rekorddan uzaq düşdü. Belə ki, “təyyarəçilər” 2 dəfə 5 top fərqi ilə də qalib gəlib.

10.05.2009

MOİK (Bakı) - Olimpik (Bakı)

1 - 6

16.10.2010

AZAL (Bakı) - İnter (Bakı)

5 - 0

Lakin AZAL 1 oyunda 6 qol vurmaqla 2 dəfə nail olduğu şəxsi rekordunu növbəti dəfə təkrarladı.

10.05.2009

MOİK (Bakı) - Olimpik (Bakı)

1 - 6

07.03.2012

AZAL (Bakı) - Sumqayıt Şəhər

6 - 3






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail