"Xəzər Lənkəran” 500-ə çatdı: Tounkaradan tarixi qol

17.09.2012 | 3869 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” ilə səfərdəki oyunu “Xəzər Lənkəran” üçün əlamətdar olub. Stadium.az "Xəzər Lənkəran"ın rəsmi internet saytına istinadən xəbər verir ki, “Böyük oyun”lar tarixində ilk dəfə bu qarşılaşma komandanın yubiley qolu ilə yadda qalıb. Matçda hesabı açan Sadio Tounkara “Xəzər Lənkəran”ın tarixi ərzində vurduğu 500-cü qolun müəllifi olub. Bununla da malili legioner klub tarixinin yubiley qoluna imza atan ilk afrikalı olub.
 
Bakıda keçirilən bu görüşədək 308 oyuna çıxan komanda 499 dəfə fərqlənmişdi. Yubiley qolu hələ ötən turun “Simurq”la oyununda da vurula bilərdi. Lakin matç təxirə salındığından yubiley “Böyük oyun”a qaldı.
 
“Xəzər Lənkəran” bu 500 qoldan 364-nü çempionatda, 111-ni kubokda, 12-ni avrokuboklarda, 13-nü Birlik kubokunda vurub.
 
"Xəzər Lənkəran"ın tarixi qolları
 
1      Çöri İlir (Albaniya) - 07.08.2004
50    Oqtay Dərəlioğlu (Türkiyə) - 12.04.2005
100  Xaqani Məmmədov - 12.02.2006
150  Vüqar Nadirov - 20.11.2006
200  Zaur Ramazanov - 18.08.2007
250  Zaur Ramazanov - 27.01.2008
300  Klaudiu Radukanu (Rumıniya) - 30.10.2008 23
350  Mario Souza (Braziliya) -04.11.2009
400  Uinston Parks (Kosta-Rika) - 23.10.2010
450  Adrian Pit (Rumıniya) - 17.09.2011
500  Saduo Tounkara (Mali) - 15.09.2012 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail