Junior Nildo AZAL-ın və futbolumuzun tarixinə düşdü

17.09.2012 | 4145 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turu mövsümün ilk pokeri ilə əlamətdar oldu. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, AZAL klubunun futbolçusu Junior Nildo “Qarabağ”la qarşılaşmada 4 qol vurmaqla adını tarixə yazdırdı.

Braziliyalı futbolçu həm də AZAL-ın tarixində çempionatda 4 qol vurmağı bacaran ilk oyunçu oldu. İndiyədək Azərbaycan çempionatları tarixində poker müəllifi olanlar arasında AZAL-ın üzvü yox idi.

Junior çempionatların 20 illik tarixində 34-cü pokerin müəllifi oldu. Sonuncu belə poker 2009/10 mövsümündə rəsmiləşmişdi. “Standard”da çıxış edən Fərid Quliyev “Karvan”ın qapısına 4 qol vurmuşdu

Azərbaycan çempionatının bütün pokerləri

1992 - 7 
Samir Ələkbərov (“Neftçi”) - 2, İlham Məmmədov (“Turan”), Qurban Qurbanov (“Daşqın”), Nazim Əliyev (“Xəzər” Sumqayıt), Əli Abuşov (“Plastik”), Mehman Allahverdiyev (“Kəpəz”) - 1.  

1993/94 - 4
Səməd Nəbiyev (“Azəri”), Alay Bəhramov (“Viləş”), İmamyar Süleymanov (“Kəpəz”), Musa Qurbanov (“Turan”) 1.

1994/95 - 2
Yadigar Süleymanov (“Kəpəz”), Nazim Əliyev (“Neftçi”) - 1.

1995/96 - 4
Fazil Pərvərov (“Kəpəz”) - 2, Rövşən Əhmədov (“Kəpəz”), Nazim Əliyev (“Neftçi”) - 1.

1996/97 - 3
Vüqar Qurbanov (“Bakı fəhləsi”), Elbrus Qasımov (“Kəpəz”), Nadir Nəbiyev (“Turan”) - 1.

1997/98 - 2
Bəxtiyar Hüseynov (“Bakı fəhləsi”), Yalçın Bağırov (“Qarabağ”) - 1.

1998/99 - 2
Nazim Əliyev (“Dinamo”), İsmayıl Məmmədov (“Kimyaçı”) - 1.

2001/02 - 1
Zaur Tağızadə (“Şəfa”) - 1.

2003/04 - 1
Samir Musayev (“Qarabağ”) - 1.

2004/05 - 3
İssa Nikiema (“Gənclərbirliyi”), Mixail Xutsişvili (“Kəpəz”), Fernando Peres (“Bakı”) - 1. 

2005/06 - 1 
Samir Əliyev (“İnter”) - 1.

2007/08 - 1
Vitali Balamestnı (“Qəbələ”) - 1.

2008/09 - 1
İvan Svetkov (“Xəzər Lənkəran”) - 1

2009/10 - 1
Fərid Quliyev (“Standard”) – 1

2012/13 – 1
Junior Nildo (AZAL) - 1




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail