Premyer Liqa: V tura sözardı

17.09.2012 | 4597 dəfə oxunub

“Kəpəz”in 133 günü

Gəncənin “Kəpəz” klubu Premyer Liqanın 2012/13 mövsümündə ilk qələbəsini qazanıb. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, öz meydanında “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələn qərblilər bununla da 5 oyunluq məğlubiyyət seriyasına son qoyub. Ötən mövsümün son turunda da uduzan komanda cari mövsümün ilk 4 turunu xalsız başa vurmuşdu.

“Kəpəz” sonuncu qələbəsini mayın 6-da “Turan” üzərində qazanmışdı – 2:1. Gəncəlilər ardıcıl 5 məğlubiyyətdən sonra gələn qələbəni 133 gün gözləməli oldu.

Klub tarixinin antirekordu olan startda 4 məğlubiyyət seriyası rəsmiləşdi. Lakin “Kəpəz” ən güc qələbə qazandığı 2003/04 və 2010/11 mövsümlərinin nəticəsini təkrarlanmağa qoymadı. Həmin çempionatlarda “Kəpəz”in ilk qələbəsi müvafiq olaraq 11-ci və 7-ci oyunlarda qeydə alınmışdısa, bu dəfə artıq 5-ci turda ilk 3 xal əldə olundu.

12 klub, 12 stadion

Azərbaycan Premyer Liqasının V turu 2 stadionda mövsümün ilk matçlarının keçirilməsi ilə əlamətdar oldu. Təmir işləri ilə əlaqədar uzun müddətdir çempionat oyunlarını qəbul etməyən “Şəfa” stadionu “İnter” – “Sumqayıt” görüşünə ev sahibliyi etdi. “Rəvan” – “Simurq” matçının keçirildiyi “Bayıl Arena” isə ümumiyyətlə ilk dəfə Premyer Liqa qarşılaşmasına meydan oldu.

Bu oyunlaradək Premyer Liqanın cari mövsümü 10 stadionda keçirilmişdi. Klublar Bakıda “Bakı” FK-nın təlim-məşq bazası, AZAL Arena, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, Dalğa Arena stadionlarında, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatala şəhər stadionlarında meydana çıxmışdılar. Bu siyahıya paytaxtın daha 2 arenasının əlavə olunması ilə 12 Premyer Liqa klubunun cari mövsüm yararlandığı arenaların sayı 12-yə çatdı.

“Simurq”dan məğlubiyyətsiz seriya

Zaqatalanın “Simurq” klubu məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Rəvan”ın qapısına 2 cavabsız qol vuran ardıcıl 10-cu dəfə meydandan xalla ayrılıb. 

Georgi Çixradzenin yetirmələri sonuncu dəfə ötən mövsümün aprelin 1-də keçirilən oyunda öz meydanında AZAL-a 1:2 hesabı ilə məğlub olub. Bundan sonra komanda ötən mövsümün son 6 və cari mövsümün ilk 4 turunda xalsız qalmayıb. 167 gündür uduzmayan komanda səfərdə daha inamlı təsir bağışlayır.

Çixradzenin baş məşqçi postuna gəlməsindən sonra rəqib meydanlarında yenilməyən “Simurq” sonuncu dəfə 192 gün əvvəl “Qarabağ”la matçda meydanı məğlub tərk edib. Qeyd edək ki, Zaqatala təmsilçisi ardıcıl 7-ci səfər oyununda uduzmur. Həmçinin, “Simurq” məğlub olmadığı son 10 oyunda 4 qələbə qazanıb və 6 heç-heçə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail