Oxucularımızın nəzərinə!

18.09.2012 | 4158 dəfə oxunub

Stadium.az saytında keçirilən müsabiqələrin qalibləri şənbə günü redaksiyamızda mükafatlandırılacaq. Mükafatlandırma mərasiminin bir qədər yubanması səbəbsiz deyil. Bəzi qaliblərimiz hələ də əlaqə nömrələrini bizə yazmayıblar. Digər tərəfdən də Stadium.az saytının baş redaktoru Vüsal Gözəlov hazırda Serbiyadadır. O “Partizan” - “Neftçi” oyununu işıqlandırmaq üçün Belqrada yollanıb.

Şənbə günü - sentyabrın 22-də qaliblər redaksiyamızda mükafatlandırılacaq. Hədiyyə qazanmaqla yanaşı qaliblərimizin fotoları, eləcə də onlar haqda məlumatlar saytımızda yerləşdiriləcək.

Keçirdiyimiz 3 müsabiqənin yekununa əsasən 11 qalib olsa da, onlardan biri - Nəbi Tanrıverdiyev 2 qat qalibdir. Digər qaliblərimizdən - Məhəmməd Eminov, Rövşən İbadzadə, Vasif Yusifov və Abbas İbadzadə əlaqə nömrələrini bizə göndərib. Lakin Niyal Şəfaqətov, Yadulla Əkbərov, Kənan Quliyev, Ramin Mirzəyev və Elşən Hüseynov hələ də bizə əlaqə nömrələrini yazmayıblar. Bu səbəbdən də adıçəkilən 5 nəfərdən xahiş edirik ki, əlaqə nömrələrini bu xəbərin şərh bölümünə, ya da [email protected] e-mail ünvanına göndərsinlər. Son tarix 21 sentyabrdır. Əks halda siz mükafatınızı ala bilməyəcəksiniz. Bütün qaliblərimizlə cümə günü - sentyabr 21-də əlaqə saxlanılacaq və şənbə günü gəlməli olduqları ünvan bildiriləcək.

Bir daha xatırladaq ki, ilk 3 müsabiqəmizin qalibləri şənbə günü mükafatlandırılacaq. Sabah isə saytımızda sayca dördüncü müsabiqəyə start veriləcək. Bizi izləməyə davam edin!  



  #1   Adınız: Nəbi Tanrıverdiyev;   E-mail: [email protected]

19.09.2012 18:25

Etrafli cavab verdiyiniz ucun cox saq olun.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail