”Xəzər Lənkəran”da ilk yunan

19.09.2012 | 5556 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” ilə oyunu 3 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, braziliyalı futbolçular Andre Roberto Soares da Silva (Beto), Vanderson Skarduelli, həmçinin yunanıstanlı Dimitrios Sialmas ilk dəfə “ağ-yaşıl” formada rəsmi matça çıxıblar. Bu oyunçuların hər 3-ü qarşılaşmanın ikinci yarısında “Böyük oyun”a daxil olub. Əvvəl Beto, ardınca Sialmas meydana çıxdı ki, sonuncu klub tarixində 150-ci futbolçu kimi düşüb. Matçın sonlarında daha bir braziliyalının debüt etməsi ilə bu rəqəm 151-ə çatıb. Bunlardan 59-u azərbaycanlı, 92-si legionerdir. Bu matçadək 89 legionerə güvənən “Xəzər Lənkəran”ın 90-cı əcnəbisi “Beto” oldu. O və həmyerlisi klubda oynamış braziliyalıların ümumi sayını 12-yə çatdırıb. Dimitrios isə “Xəzər Lənkəran”ın ilk yunanıstanlısı olub. Bunadək 32 ölkədən olan oyunçular komandada çıxış edib. Yunanıstan bu siyahıya 33-cü ölkə kimi düşüb: Rumıniya - 18, Braziliya - 12, Türkiyə - 9, Serbiya - 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya - hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali = hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Yunanıstan - hərəsi 1.

 Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 4 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasına, Orxan Sadıqlı, Ağabala Ramazanov və Kamran Abdullazadənin isə Premyer Liqanın ilk turuna təsadüf edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail