"Gözlərimə inanmıram ki, “Neftçi” Belqrada gəlib"

19.09.2012 | 4705 dəfə oxunub

Bir vaxtlar “Neftçi”nin əsas qapıçısı olmuş Vladimir Miçoviç sabiq klubunun Belqraddakı ilk məşqini də izləyib. Hazırlıq prosesinin gedişi zamanı Miçoviç Belqraddakı azərbaycanlı jurnalistlərə müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Miçoviç, bu gün sabiq klubun "Neftçi"ni aeroportda qarşılayanlardan biri də sən oldun. İndi isə komandanın məşqini izləyirsən...

- “Neftçi”nin Avroliqanın qrup mərhələsində “Partizan”la eyni qrupa düşməsini eşidəndə çox sevindim. Öz keçmiş klubumu Serbiyada görməkdən çox məmnunam. Neçə vaxtdır bu günü gözləyirdim ki, onlar Belqrada gəlsinlər. Çünki “Neftçi” mənim doğma komandamdır. Mən uzun müddət bu klubun şərəfini qorumuşam. Gözlərimə inanmıram ki, “Neftçi” Belqrada gəlib.

- “Neftçi”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasını necə qarşıladın?

- Sözün düzü, mən bunu gözləyirdim. Hələ “Neftçi”də çıxış edərkən Avroliqaya çıxacağımıza ümid edirdim. Təəssüf ki, o zaman bu alınmadı. İndi isə “Neftçi” üçün doğrudan da çox sevinirəm.

- Bəs, püşkatmada “Neftçi”nin “Partizan”la eyni qrupa düşməyini eşidəndə hansı hissləri keçirdin?

- İlk öncə çox sevindim ki, “Neftçi” Belqrada gələcək və mən öz keçmiş komanda yoldaşlarımı yenidən görə biləcəm. Mənim üçün çox xoş oldu.

- “Neftçi”nin bu turnirdəki şanslarını necə qiymətləndirirsən?

- Mən “Neftçi”nin evdə “Rubin” və “Partizan”a qalib gələcəyinə inanıram. Çünki bilirəm ki, komanda həm mənim vaxtımda, həm də indi öz meydanında çox gözəl oyun nümayiş etdirir. Təbii ki, “İnter” də güclü rəqibdir. Amma sizə deyim ki, italiyalılar üçün də çətin olacaq. Fikrimcə, “Neftçi”nin böyük şansı var. Əminəm ki, komanda yaxşı nəticə qazanacaq. "Partizan"la oyunda qazanılacaq bir xal belə “Neftçi” üçün böyük uğur olacaq.

- Qarşıdakı oyunda kimə azarkeşlik edəcəksən?

- Əlbəttə ki, “Neftçi”yə. Hətta matçı “Neftçi” bayrağıyla stadionda izləyə bilərəm. Mənim üçün “Partizan”ın heç bir əhəmiyyəti yoxdur. Çünki mən futbolçu kimi “Srvena Svezda”nın heyətində yetişmişəm. “Neftçi”də isə karyeramın gözəl illəri olub. “Srvena Svezda” ilə “Partizan” düşmən klublardır. Serb olsam da, Azərbaycan klubunun qələbə qazanmasını arzulayıram. 

- “Neftçi”nin “Partizan” önündə uğurlu nəticə qazanacağına əminliyini bildirdin. Bunu nəyə əsasən deyirsən? “Partizan”ın zəif cəhətləri nələrdir?

- Ümumiyyətlə, “Partizan” zəif komanda deyil. Amma “Neftçi” də güclüdür və bu oyunda xal qazana bilər.

- Komandaya nə məsləhət görürsən?

- Mən öz tövsiyyələrimi baş məşqçi Böyükağa Hacıyevə deyəcəm (gülür).

- Qapıda həmvətənin Saşa Stamenkoviç duracaq. Səncə, onun üçün bu atmosferdə oynamaq çətin olmayacaq ki?

- Yox, buna inanmıram. Çünki Saşa “Srvena Svezda”nın heyətində belə matçlarda çox oynayıb. O, bu stadionda birinci dəfə deyil ki, oynayacaq. Stamenkoviç bu cür ab-havaya öyrəşib. Məncə, onun üçün problem olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail