Azərbaycan millisinin sabiq üzvü Premyer Liqanın sürpriz liderindən danışdı

19.09.2012 | 4608 dəfə oxunub

Azərbaycan millisinin sabiq üzvü Deni Qaysumov bir vaxtlar kapitan sarğını daşıdığı “Terek” klubunun hazırda Rusiya Premyer Liqasına liderlik etməsinə münasibət bildirib. Stadium.az xəbər verir ki, D.Qaysumov Çeçenistan Prezidenti Ramzan Kadırovun komandaya böyük dəstək verdiyini xüsusi qeyd edib: “Cari mövsümdə “Terek” böyük motivasiya və özünəinamla çıxış edir. Hazırda komanda çox gözəl oyun sərgiləyir. Hətta Rusiyanın aparıcı klubları belə hər zaman bu cür inamlı görünmürlər. İndiki vəziyyətdə əsas vacib olan məqam komandanın “ulduz xəstəliyi”nə tutulmamasıdır. Əminəm ki, həm Ramzan Kadırov, həm də klubun prezidenti Maqomed Daudov hazırkı tempi saxlamaqda komandaya kömək olacaqlar. Onlar komandaya böyük dəstək verirlər. Hətta deyərdim ki, Kadırov birbaşa paltardəyişmə otağındakı ab-havanı müəyyənləşdirir. “Terek”in əsas üstünlüyü ondadır ki, komanda liderlələ görüşdə inamlı futbol sərgiləyir. Xüsusən də komanda müdafiədə gözəl çıxış edərək, əla əks-hücumlar qurur. Rusiyanın top-klubları bu cür oyun göstərən komanda qarşısında böyük çətinliklə üzləşirlər. Mənim üçün maraqlı məqam ondan ibarətdir ki, “Terek” ortabab klublara qarşı necə çıxış edəcək? Təbii ki, “Zenit” və ya “Anji”nin heyətinə baxarkən, “Terek”i onlarla müqayisə etmək yersizdir. İndi heyətdən yalnız Lejar aparıcı klublarda oynaya bilər. Digər futbolçuların gələcəkləri isə onların özlərindən, məşqçilərindən və menecerlərindən asılıdır”.    

Qeyd edək ki, 44 yaşlı Qaysumov məhz “Terek”in yetirməsidir. 1989-91, eləcə də 2002-2005-ci illərdə “Terek”in şərəfini qoruyan Qaysumov 1995-ci ildən 1998-ci ilədək Azərbaycan millisinin heyətində çıxış edib. Bu müddət ərzində 23 dəfə millimizin formasını geyən Qaysumov 2005-ci ildə karyerasını doğma klubunda bitirib. 2005-ci ildə o “Terek”in baş məşqçisi, 1 il sonra isə qısa zamanda baş məşqçinin əvəzləyicisi kimi çalışıb.  

Əlavə edək ki, “Terek” klubu 8 turdan sonra 19 xalla Rusiya Premyer Liqasının vahid lideridir. Qroznı təmsilçisinin Moskva klublarını, eləcə də son iki mövsümün çempionu olan “Zenit”i, bir sıra ulduzların cəmləşdiyi “Anji”dən öndə olması Rusiyada böyük ajiotaj doğurur. “Terek” son turda səfərdə “Zenit”i məğlub etməklə (2:0) zirvədən əl çəkmək niyyətində olmadığını göstərib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail