AZAL - "İnter" qarşıdurmasının tarixi

21.09.2012 | 4451 dəfə oxunub

Azərbaycan Premyer Liqann 6-cı turunun qarşıdan gələn AZAL-"İnter" görüşü hər iki komanda üçün sayca 19-cu olacaq. Stadium.az "bankirlər"in rəsmi internet saytına istinadən xəbər verir ki, bunadək komandalar bir-birilə 18 dəfə qarşılaşıb, 16 oyun çempionat çərçivəsində keçirilib və 2 matçisə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 5 dəfə məğlub edə bilib, AZAL isə 4 qələbəyə malikdir. 18 oyunun 9-u heç-heçə ilə başa çatmışdı. Vurulan topların fərqi AZAL-ın xeyrinədir - 14:12.

                   Komanda    O     Q      H    MToplar
                      “İnter”   18      5      9     4 12-14
                       AZAL   18      4      9     5 14-12
 
Komandalar ilk dəfə 2005-ci ilin dekabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 0:0  hesabıyla başa çatıb. “İnter” və AZAL qarşıdurmasında ilk qolun müəllifi niqeriyalı  hücumçu Laki İdaxor olub.
 
Xatırlardaq ki, ötən mövsümdə komandalar iki dəfə qarşılaşıblar və hər iki oyun 1:1-lik heç-heçə ilə başa çatıb. AZAL-"İnter” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 18 görüşün 7-də qeydə alınıb. AZAL-"İnter" qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 5:0 hesabıdır. 2010-cı ildə AZAL komandamızı  məhz bu hesabla udmuşdu.
 
Bunadək komandaların keçirdiyi oyunların cədvəlini sizin diqqətiniə çatdırırıq:
 
    Mövsüm          Oyun  Hesab                Qollar müəllifləri
2005/06
 “Olimpik”-“İnter”    0:0            ---
2005/06
“İnter”-“Olimpik”    1:0                   22' Laki İdaxor
2006/07
“İnter”-“Olimpik”    0:0                            ---
2006/07
 “Olimpik”-“İnter”    1:0             55' Fabio Luis Ramim
2007/08
 “Olimpik”-“İnter”    1:0              61' Junivan Suares
2007/08
“İnter”-“Olimpik”    2:029' X.Məmmədov, 90+2' P.Zlatinov
2008/09
 “Olimpik”-“İnter”    1:1  86' L.Qomeş-29' A.Məmmədov
2008/09
“İnter”-“Olimpik”    1:0                   59' D.Assioli
2009/10
  “İnter”-AZAL    2:2 78' G.Karlsons, 84' A.Rubin- 5'       R.Qoqinaşvili, 50' A.Doroş
2009/10
     AZAL-“İnter”    0:1                  47' G.Karlsons
2010/11
     AZAL-“İnter”    5:049' 79' V.İgbekoi, 69' G.Yuşka, 76' N.Kvirtiya, 82' V.Qarayev
2010/11
    “İnter”-AZAL    1:1        61' P.Zlatinov- 70' G.Yuşka
2010/11
     AZAL-“İnter”    1:0                45' İ.Bliznyuk
2010/11
   “İnter”-AZAL    0:0                            ---
2010/11
    “İnter”-AZAL(k)    0:0                            ---
2010/11
    AZAL-“İnter”(k)    0:1               2' D.Odikadze
2011/12
    AZAL-İnter”    1:1         49' G.Bogü-87' V.Levin
2011/12
  “İnter”-AZAL    1:1       10'T.Şütz- 54' S.Zərgərov
 
Azərbaycan çempionatında AZAL-a qarşı keçirilən  səfər oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 8 qarşılaşmada komandamız 1 dəfə rəqibini məğlub etməyi bacarıb. 4 matçda ev sahibləri qələbə qazanıblar. 3 oyun isə bərabər hesabla başa çatıb. Bu qarşılaşmalarda top fərqi AZAL-ın xeyrinə dir-10:3.
Qeyd edək ki, AZAL-"İnter" matçı sentyabrın 23-də keçiriləcək. Oyun saat 16.00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail