Martins “Rubin”dən gedişininin səbəblərini açıqladı

23.09.2012 | 4472 dəfə oxunub

Avroliqanın qrup mərhələsində “Neftçi” ilə eyni qrupda yer alan “Rubin”in sabiq hücumçusu Obafemi Martins “Levante”yə keçidini şərh edib. Stadium.az xəbər verir ki, nigeriyalı forvard İspaniya klubuna pul üçün keçmədiyini bildirib: “Levante”də olduğum üçün çox şadam. Ümid edirəm ki, burada özümü ən yaxşı tərəfdən göstərə biləcəyəm. Meydana çıxıb, oynamaq və qollar vurmaq istəyirəm. Bura pul üçün gəlməmişəm. Əgər təkcə məvacibi düşünsəydim, elə “Rubin”də qalardım. Kazanda yalnız 1 problemim var idi. Komandaya gəldiyim ilk gündən kənarda qaldım. Halbuki meydana stabil olaraq çıxmağa hazır idim. Olanlar artıq keçmişdə qalıb. İndi məni yalnız “Levante” düşündürür”.

Qeyd edək ki, bir neçə gün öncə “Rubin”i “Levante”yə dəyişən Martinsin yeni klubundakı illik məvacibi 700 min avrodur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail