Kaxaber Tsxadadze: “Bu, taktikalar oyunu idi”

23.09.2012 | 4651 dəfə oxunub

“İlk öncə AZAL komandasında məşqçi işini qeyd etməliyəm. Vaqif müəllim çox güclü komanda yarada bilib, komandada oyun intizamı var”. Stadium.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının VI turunda AZAL-la qolsuz bərabərə oynayan “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxəssis havanın isti olmasından gileylənib: “Havanın isti olmağı ilk hissədə hər iki komandanın oyununa təsirsiz ötüşmədi, sürət çox aşağı idi. Ötən tur “Qarabağ”a 6 qol vurmuş komandanı çox yaxşı öyrənmişdik. Oyun sxemini dəyişərək AZAL-ın iki güclü hücumçusunu neytrallaşdıra bildik. İkinci hissədə böyük üstünlüyə malik idik, qol epizodlarımız oldu. Fikrimcə, hesab oyuna görədir. Bu, taktikalar oyunu idi. Komandalar hücumdan müdafiəyə tez qayıdırdılar, bu da təhlükəli epizodların yaranmasının qarşısını alırdı. Qarşıda bizi çətin oyun gəzləyir, baxımlı oyunla qələbə qazanmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail