Böyükağa Hacıyev söz verdi: “Oxşar hal bir daha təkrarlanmayacaq”

25.09.2012 | 4025 dəfə oxunub

“Oyunlarımızda olan qrafik sıxlığı özünü göstərir. Qrup mərhələsində "Partizan"la oyun sonrası yorğunluq və bəzi futbolçuların həddindən artıq özünə arxayınlığı, rəqibi qiymətləndirməməsi özünü göstərdi”. Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının son turunda “Sumqayıt”dan alınan 2:3 hesablı yenilgiyə görə məsuliyyəti öz üzərinə götürüb: “Futbolçular bir amili yaddan çıxarmamalıdır ki, kimliyindən asılı olmayaraq rəqibə hörmətlə yanaşmalıdırlar. Əks təqdirdə onlar daha acı məğlubiyyətlərlə üzləşə bilərlər. Bunun da istər məşqçilər korpusuna, istərsə də futbolçulara ağır nəticələri olar. Bu gün əgər Sadıq Sadıqovun klubdakı strategiyasını əsas tutaraq gənclərə əsas diqqət yetirilirsə, futbolçular, klub rəhbərliyinin və məşqçilər korpusunun etimadını doğrultmalıdır. Bir daha bildirirəm ki, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm və söz verirəm ki, oxşar hal bir daha təkrarlanmayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail