"Neftçi" ilə oyunda uşaqlar meydanda canlarını qoydu"

25.09.2012 | 4696 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun qapıçısı Səlahət Ağayev “Neftçi” üzərindəki qələbədən danışıb. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına açıqlama verən 21 yaşlı qolkiper komandasının uğursuzluq zolağından çıxdığını deyib: “Olduqca çətin dövrdən keçirik. “Qarabağ” və “Qəbələ” ilə oyundakı böyükhesablı məğlubiyyətlər komandaya və uşaqlara olduqca pis təsir etmişdi. “İnter”lə görüşdə komanda pis təsir bağışlamadı, lakin məğlub olduq. “Neftçi” ilə oyuna çox ciddi hazırlaşmışdıq. Bu görüşdə uşaqlar meydanda canlarını qoydu. Əsl əzmkarlıq nümayiş etdirib qələbə qazanmağı bacardıq. Çətin dövrdə gözəl oyunla əldə etdiyimiz qalibiyyət komanda kimi bizə çox yaxşı təsir edəcək. Fürsətdən istifadə edib “Neftçi” Peşəkar Futbol Klubuna avrokuboklarda uğurlar arzulayıram”.

Səlahət həftəsonu “Bakı” ilə baş tutacaq görüş barəsində də fikirlərini bildirib: “Komandada əhval ruhiyyə olduqca yüksəkdir. “Neftçi” üzərindəki qələbədən sonra bu ssenarini davam etdirmək istəyirik. Ardıcıl doğma azarkeşlərimiz qarşısında keçirəcəyimiz ikinci oyundan da sərfəli nəticə ilə ayrılmaq əsas məqsədimizdir. Bizi dəstəkləyən bütün fanatlarımıza təşəkkür edirəm. “Sumqayıt” Futbol Klubuna gəldiyim gündən onları daim yanımızda görmüşəm. Pis, yaxşı günümüzdə də bizi dəstəkləyiblər. İnşallah “Bakı” ilə görüşdə sərfəli nəticə qazanıb onları növbəti dəfə sevindirərik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail