Premyer Liqa oyunlarını idarə edən hakim polisə müraciət etdi

26.09.2012 | 3902 dəfə oxunub

İngiltərə Premyer Liqasının son turunda “Liverpul” - “Mançestr Yunayted” oyununu idarə edən hakim Mark Halsi polisə müraciət edib. Stadium.az xəbər verir ki, referi tvitterdə azarkeşlər tərəfindən təhqir olunmasından şikayət edib. 51 yaşlı referi tvitterdə haqqında yazılanlara aydınlıq gətirilməsini xahiş edib. Referiyə xüsusən də azarkeşlərin sağlamlığı ilə bağlı yazdıqları pis təsir edib. Belə ki, hakim Halsi bir neçə il əvvəl xərçəng xəstəliyinə tutulsa da, müalicə olunaraq, çətinliyə sinə gəlib. Lakin azarkeşlərdən birinin referiyə “yenidən xəstələndi və öldü” yazması onu özündən çıxarıb. Digər bir oxucu isə “Mark Halsi xərçəngdən ölməli idi” yazıb.

Xatırladaq ki, azarkeşlərin referiyə qarşı sərt mövqe tutmasının səbəbi “Mançestr Yunayted”lə görüşdə Şelviyə qırmızı vərəqə göstərməsi, eləcə də komandanın qapısına penalti təyin etməsidir.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail