Baş məşqçiyə 5, “Kəpəz”in futbolçusuna 1 oyunluq cəza

26.09.2012 | 5213 dəfə oxunub

Bu gün İntizam Komitəsinin növbəti toplantısı keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, “Simurq”la oyunun 89-cu dəqiqəsində “Kəpəz” klubunun 13 №-li futbolçusu Emin İmaməliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunur.

22 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Turan” - “Qarabağ” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Sumqayıt” - “Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunub.

23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun III turunun “Şahdağ” - “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

23 sentyabr 2012-ci il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun III turunun “Ağsu” – “Şuşa” matçının 65-ci dəqiqəsində “Ağsu” klubunun 9 №-li futbolçusu Nicat Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

23 sentyabr 2012-ci il futzal üzrə Azərbaycan I divizionunun “Kəpəz” - “Baku Fire” matçının 21-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Nazim Heydərov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb.

Oyunun 27-ci dəqiqəsində “Baku Fire” klubunun məşqçisi Fuad Rzayev və klubun 3 №-li futbolçusu Fəyar Hüseynov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 5 oyunluq, futbolçu 4 oyunluq cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail