Millimiz üçün uğursuz, ruslar üçün uğurlu hakim

27.09.2012 | 3307 dəfə oxunub

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya - Azərbaycan oyununu idarə edəcək hakim müəyyənləşib. Stadium.az xəbər verir ki, görüşə makedoniyalı Aleksandar Stavrev təyinat alıb. Makedoniyalı referi bunadək iki dəfə millimizin oyununu idarə edib.

2008-ci il sentyabrın 6-da baş tutan Uels - Azərbaycan matçını idarə edən Stavrev millimizin 0:1 hesablı yenilgisinə şahidlik edib. Makedoniyalı hakimin yolu millimizlə ikinci dəfə 2010-cu il noyabrın 17-də kəsişib. Onun idarə etdiyi matçda millimiz Çernoqoriyaya yoxlama oyununda 0:2 hesabı ilə uduzub.

Millimizdən fərqli olaraq, Stavrevi ruslar üçün uğurlu hakim saymaq olar. Onun idarə etdiyi görüşdə 2008-ci il sentyabrın 18-də Moskva “Spartak”ı UEFA Kubokunun ilk təsnifat mərhələsində “Banik”i səfərdə 1:0, ötən il fevralın 17-də isə yenə “Spartak” Avroliqanın 1/16 final mərhəlsində səfərdə “Bazel”i 3:2 hesabı ilə məğlub edib.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail