Kapello azərbaycanlı futbolçunu Azərbaycanla oyuna çağırır

27.09.2012 | 4210 dəfə oxunub

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Moskvada Portuqaliya millisi ilə qarşılaşacaq, 4 gün sonra isə Bakıda Azərbaycan yığmasının qonağı olacaq Rusiya milli komandasının qarşıdakı oyunlar üçün ilkin heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, baş məşqçi Fabio Kapello Moskva “Lokomotiv”ində çıxış edən həmyerlimiz Aleksandr Səmədova dəvət göndərib. İtaliyalı mütəxəssisin dəvət göndərdiyi futbolçular arasında “Zenit”in əvəzedici heyətinə göndərilən Denisovla Kerjakov da var. Lakin Kapello “Arsenal”da çıxış edən Andrey Arşavini yenə sərəncamında görmək istəməyib.

Qapıçılar: İqor Akinfeyev (ÇSKA), Vladimir Qabulov (“Anji”), Anton Şunin (“Dinamo”)

Müdafiəçilər: Aleksandr Anyukov, Renat Yanbayev (hər ikisi “Zenit”), Aleksey Berezutski, Vasili Bezutski, Sergey İqnaşeviç, Kirill Nababkin, Georgi Şennikov (hamısı ÇSKA), Taras Burlak, Andrey Yeşenko (hər ikisi “Lokomotiv”), Vladimir Qranat (“Dinamo”), Yuri Jirkov (“Anji”), Yevgeni Makeev (“Spartak”)

Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov, Dmitri Kombarov (hər ikisi “Spartak”), Vladimir Bıstrov, İqor Denisov, Viktor Fayzullin, Roman Şirokov (hamısı “Zenit”), Georgi Qabulov, Oleq Şatov (hər ikisi “Anji”), Denis Qluşakov, Maqomed Ozdayev, Aleksandr Səmədov, Dmitri Tarasov (hamısı “Lokomotiv”), Alan Dzaqoyev (ÇSKA), Oleq İvanov, İqor Lebedenko (hər ikisi “Terek”), Vladislav Kulik (“Kuban”), Aleksandr Ryazantsev (“Rubin”)

Hücumçular: Maksim Qriqoryev (“Lokomotiv”), Artyom Dzyüba (“Spartak”), Aleksandr Kerjakov (“Zenit”), Aleksandr Kokorin (“Dinamo”)

Qeyd edək ki, bu, Rusiya millisinin ilkin heyətidir. Oktyabrın əvvəlində Kapello yekun heyəti açıqlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail