"Qəbələ" "Qalatasaray"la bacarmadı

29.09.2012 | 2735 dəfə oxunub

Təlim-məşq məqsədilə İstanbula yollanan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədəki hazırlıq prosesinə yekun vurub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, səfər müddətində “Beşiktaş”lı  (2:2) və “Fənərbaxça”lı (1:1) həmyaşıdları ilə qüvvəsini sınayan təmsilçimiz son yoxlama oyununda “Qalatasaray”la üz-üzə gəlib. İlk iki rəbibdən fərqli olaraq “sarı-qırmızılılar” 97-ci il təvəllüdlü futbolçularımıza qarşı əsasən 96-cı il təvəllüdlü futbolçularla mübarizə aparıblar.

Matç tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. Lakin dəqiqələr irəlilədikcə meydan sahibləri üstünlüyü ələ keçiriblər. 6 gündə 3-cü oyununa çıxan “Qəbələ”də hiss olunan yorğunluq komandamızın oyununa və nəticəyə təsirsiz ötüşməyib. Təmsilçimiz matç boyunca rəqibin qapısı önündə bir neçə əlverişli epizod yaratsa da, fəqlənə bilməyib. Əvəzində “Qalatasaray” əlinə düşən imkanlardan maksimum yararlanıb və matçdan 3:0-lıq qalibiyyətlə ayrılıb. 

Matçdan sonra “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı oyun barədə fikirlərini gabalafc.az-la bölüşüb:

“6 gün ərzində 3-cü oyunumuzu keçirdik. Rəqiblərimiz yüksək səviyyəli komandalar oldu. Bu matçdan öncəki qarşılaşmalarda rəqiblərinə qarşı mübariz oyun nümayiş etdirən futbolçularımızda bu gün fiziki baxımdan yorğunluq hiss edilirdi. Üstəlik “Galatasaray”ın 96-cı il təvəllüdlü futbolçularına qarşı mübarizə apardıq ki, bu da akademiya komandaları üçün çox vacib faktordur. Bütün bunlara baxmayaraq komandamız oyunun bəzi məqamlarında mübarizəni istədiyimiz səviyyəyə çatdıra bildi. Futbolçularımızın 0:2 geridə olmasına baxmayaraq oyundan qopmamaları, həvəsdən düşməmələri və psixoloji cəhətdən "sınmamaları" da önəmli və müsbət məqamlardandır “.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail