Blatter: "Azərbaycan qeyri-adi ölkədir"

02.10.2012 | 2884 dəfə oxunub

2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək şərəfinə layiq görüləcək şəhərlərin və stadionların adlarını elan etmək məqsədilə Moskvada səfərdə olan FİFA-nın prezidenti Yozef Blatter İTAR-TASS agentliyi baş direktorunun birinci müavini və şef-redaktoru Mixail Qusmana məxsusi müsahibə verib. Stadium.az AzərTAc-a istinadən xəbər verir ki, müsahibədə Blatter Azərbaycan futbolu ilə bağlı məqamları vurğulayıb: "Düz bir həftə bundan əvvəl Azərbaycandan gəlmişəm. Biz orada 17 yaşa qədər qızlar arasında dünya kuboku keçirirdik. Bu, yeni mədəni mühitdə yarışlar keçirilməsi ideyasının reallaşdırılmasına gözəl nümunədir. Orada milli stadionun qarşısında bir abidə ucaldılmışdır. Bu, futbol hakiminin şərəfinə ucaldılmış yeganə abidədir. Həmin hakim Tofiq Bəhramovdur. Sizin Azərbaycan barədə söhbət açmağınız lap ürəyimdən oldu. Çünki Azərbaycan qeyri-adi ölkədir. Biz ilk dəfə olaraq müsəlman ölkəsində qadınlar arasında çempionat keçirdik. Azərbaycan müsəlman ölkəsidir. Onlar qadınlar arasında çempionatı öz ölkəsində təşkil etdilər. Bu, bütün dünyaya, bütün başqa mədəniyyətlərə ciddi siqnaldır - qızlar və qadınlar bu oyunu oynaya bilərlər. Lakin bəzi müsəlman ölkələrində qadınlar başqa ölkələrdəki qadınların malik olduğu hüquqların heç də hamısından istifadə etmək imkanına malik deyildirlər. Ona görə də bu hadisə çox önəmlidir. Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbət etdim və çempionatın yaxşı təşkil olunması münasibətilə onu təbrik etdim. Bu hadisə bütün dünyada qadın futbolunun inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək, bütün dünyada qadınların hüquqları ilə bağlı vəziyyətin daha da yaxşılaşmasına müsbət təsir göstərəcəkdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail