"Rəvan" və "Şəmkir"in futbolçuları 4 oyunluq cəzalandı

02.10.2012 | 2789 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az PFL-in rəsmi internet saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “İnter” - “Neftçi” matçının 49-cu dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Xanlar Zamanov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Oyunun 76-cı dəqiqəsində “İnter” klubunun 31 №-li futbolçusu Adil Nağıyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Qəbələ” – AZAL matçının 87-ci dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Abbas Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Turan” – “Xəzər Lənkəran” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Rəvan” – “Kəpəz” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun 8 №-li futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Sumqayıt” – “Neftçi” matçının 55-ci dəqiqəsində “Neftçi” klubunun 14 №-li futbolçusu Fariz Ramazanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.

Azərbaycan I Divizionunun IV turunun “Şahdağ” – “Energetik” matçının 90+1-ci dəqiqəsində “Şahdağ” klubunun 4 №-li futbolçusu Teymur Vəlixanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur..

Azərbaycan I Divizionunun IV turunun “Şəmkir” – “Şuşa” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunur.

Oyunun fasiləsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadiqov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail