"Xəzər Lənkəran" AZAL-a qalib gəldi YENİLƏNİB

03.10.2012 | 3791 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasında VIII turun oyunlarıns start veriləcək. Stadium.az xəbər verir ki, ilk oyun günündə yalnız 1 qarşılaşma baş tutacaq. Turun açılış matçında AZAL öz meydanında "Xəzər Lənkəran"ı qəbul edəcək.

Komandalar bu görüşə fərqli əhval-ruhiyyədə çıxacaqlar. Son turda Qəbələdən 1 xalla dönən AZAL ikinci pillədəki mövqeyini qoruduğu halda, Lənkəran klubunun düşərgəsində ab-hava istənilən halda deyil. Ardıcıl 3 məğlubiyyətdən sonra komanda adına yaraşamayan şəkildə sonuncu pilləyə yuvarlanıb.

Ardıcıl uğursuzluqdan sonra 3 məşqçini qovan klub rəhbərliyi də bugünkü matça ciddi yanaşır. Təsadüfi deyil ki, dünən klub prezidenti Mais Mənsimov komandanın oyunöncəsi son məşqinə gələrək, futbolçularla ciddi söhbət aparıb.

Bütün bu faktlar AZAL - "Xəzər Lənkəran" oyununun amansız mübarizə şəraitində keçəcəyini düşünməyə əsas verir. "Xəzər Lənkəran" uğursuzluğa "dur" demək, "təyyarəçilər" isə ən azı 1 günlük şərikli lider olmaq üçün qələbə qazanmağa çalışacaqlar.   

AZAL - “Xəzər Lənkəran” 0:2 

Qollar: Adrian Skarlatake 40; 45

"AZAL Arena"

Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Yusifov Fariz 

AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Xuan Fransisko, 3. Usim Nduka, 4. Xose Junior Aylton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 8. Elman Taqayev, 11. Zohair Benuahi, 16. Junior Nildo, 17. Viktor İbekoyi, 20. Branislav Arseniyeviç

Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 22. Ruslan Tağızadə, 15. Oskar Klyava, 10. Tərlan Xəlilov, 77. Arif İsayev, 37. Andrius Veliçka

XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 7. Sadio Tounkara, 6. Robert Alviz, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 3. Vanderson Skarduelli, 21. Radomir Todorov, 27. Adrian Skarlatake

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 42. Kamran Abdullazadə, 17. Kazım Kazımlı, 10. Elnur Abdullayev, 11. Dimitris Sialmas, 99. Beto




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail