"Milan", "Real", "Arsenal", "Portu" və Kiyev "Dinamo"su qələbə qazandı YENİLƏNİB

04.10.2012 | 5225 dəfə oxunub

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarına yekun vurulacaq. Stadium.az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında mübarizə aparan kollektivlər meydana çıxacaqlar. 

A qrupunun mərkəzi görüşü Portuda baş tutacaq. Eyniadlı komanda "PSJ"ni qəbul edəcək. Hər iki komanda ilk turu maksimum göstərici ilə başa vurub. Bu dəfə də eyni uğuru təkrarlayacaq komanda həm vahid lider olacaq, həm də play-offa yüksəlmək yolunda böyük addım atmış olacaq. Kiyevdə isə "Dinamo"ların qarşıdurması baş tutacaq. 

B qrupunda ilk turda səfərdən qələbə ilə dönən "Arsenal" və "Şalke" bu dəfə ev oyununa çıxacaqlar. "Topçular" "Olimpiakosu", Helzenkirhen təmsilçisi isə "Monpelye"ni sınağa çəkəcək.

C qrupunun mərkəzi qarşılaşması Sankt-Peterburqda baş tutacaq. İlk turda səfərdə "Malaqa" tərəfindən darmadağın olan (0:3) "Zenit" bu dəfə "Milan"ı məğlub etməyə çalışacaq. "Rossenyerlər" də ilk turda qələbəyə həsrət qaldığından, Rusiyaya yalnız 3 xal üçün gəlib. "San-Siro"dan 1 xalla dönən "Anderlext" "Malaqa"nı qəbul edəcək.

Günün maraqlı oyunlarından biri Mançeski 56trdə baş tutacaq. "Mançestr Siti" Dortmund "Borusiya"sını qəbul edəcək. Madrid "Real"ı isə səfərdə "Ayaks"ın qonağı olacaq.

PORTU (Portuqaliya) - PSJ (Fransa) 1:0

Qol: James 83

DİNAMO (Kiyev, Ukrayna) - DİNAMO (Zaqreb, Xorvatiya) 2:0

Qollar: Qusev 3? Pivariç 33 (avtoqol)

ARSENAL (İngiltərə) - OLİMPİAKOS (Yunanıstan) 3:1

Qollar: Jervinyo 42, Podolski 56, Ramsey 90+4 - Mitroglou 45

ŞALKE (Almaniya) - MONPELYE (Fransa) 2:2

Qollar: Draxler 26, Huntelar 53 (p) - Ait-Fana 13, Camara 90

Qırmızı vərəqə: Bocaly 52 (Monpelye)

ANDERLEXT (Belçika) - MALAQA (İspaniya) 0:3

Qollar: Eliseu 45; 63, Xoakin 56 (p) 

MANÇESTR SİTİ (İngiltərə) - BORUSİYA (Dortmund, Almaniya) 1:1

Qollar: Balotelli 90 (p) - Reus 61

AYAKS (Hollandiya) - REAL (İspaniya) 1:4

Qollar: Moisander 56 - Ronaldo 42; 79; 81, Benzema 48   

ZENİT (Rusiya) - MİLAN (İtaliya) 2:3

Qollar: Halk 45+1, Şirokov 49 - Emanuelsen 13, Əl-Şaaravi 16, Huboca 75 (avtoqol)   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail