Hakimlər Komitəsindən növbəti qəribə addım

03.10.2012 | 4243 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasında VIII turun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Bunda qeyri-adi heç nə yoxdur. Qeyri-adilik ondadır ki, "Rəvan" - "İnter" oyunu Rəhim Həsənova tapşırılıb. Halbuki gənc referi ötən tur ciddi səhvlə yadda qalıb.

Son turda keçirilən "Turan" - "Xəzər Lənkəran" matçının 23-cü dəqiqəsində Həsənov qonaqların müdafiəçisi Ruslan Abışova qırmızı vəəqə göstərib. Dünən isə İntizam Komitəsi Həsənovun həmin epizodda səhv etdiyini, Abışova qrımızı deyil, sarı vərəqə göstərməli olduğunu bəyan edib.

Deməli, "Xəzər Lənkəran" narazılıq etməkdə haqlıdır və Həsənovun səhvi ucbatından cənub klubu 67 dəqiqə meydanda azlıqda mübarizə aparmalı olub və bəlkə də komanda bu üzdən uduzub. Həsənov komandanın haqqını yeyib.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova sual verirəm, oyunçuya "qırmızı" əvəzinə sarı vərəqə verib, komandanı 67 dəqiqə meydanda azlıqda mübarizə aparmağa məcbur etmək səhv deyil? Yox, əgər səhv deyilsə, deyin bilək. Əgər səhvdirsə, o zaman bu cür kobud bir səhvə yol verən referi növbəti turda necə təyinat ala bilər? Məgər, başqa hakim yoxdur? Yoxsa Həsənovun qeyri-adi hakimlik bacarığı var, biz bilimirik?



  #1   Adınız: fanat;   E-mail: ---

04.10.2012 08:13

Rehim Hesenov sehv etmemisdi, sadece PFL ve Ramin Musayev Xezere komek etmek meqsedile Ruslanin qirmizisini leqv elediler ki, AZAL-la oyunda Xezerin oynatmaqa yerli oyuncusu olsun. Eger AFFA Xezere komek etmek isteyirse, burada Rehim Hesenovun ne gunahi, gerek mutleq Rehime de pislik elesin?! qeribe mentiqdiyeee

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail