Azərbaycan millisi dünya reytinqində 4 pillə gerilədi

03.10.2012 | 3739 dəfə oxunub

FİFA milli komandaların növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 4 pillə geriləyərək, 111-ci yerə enib. Hazırda millimizin aktivində 309 reytinq xalı var. Azərbaycan millisinin Namibiya, Ekvatorial Qvineya, Konqo, Qətər, Sudan, Mozambik kimi ölkələrdən geri qalması acı təəssüf doğurur.  

Dünya çempionatının seçmə mərhələsində millimizin rəqibləri olan kollektivlərdən Portuqaliya üçüncü, Rusiya 12-ci, İsrail 82-ci, Şimali İrlandiya 117-ci, Lüksemburq millisi isə 142-ci pillədə qərarlaşıb.

Siyahıya əvvəlki kimi son Avropa və dünya çempionu İspaniya başçılıq edir. Almaniya ikinci, Argentina dördüncü, İngiltərə beşincidir. "İlk 10-luq"da həmçinin Hollandiya, Uruqvay, İtaliya, Kolumbiya və Yunanıstan milliləri yer alıb. Fransa 13-cü, Braziliya 14-cü, Türkiyə 36-cı, Ukrayna 42-cidir.    



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail