"İnter" Bakıya Kassano, Milito və Zanettisiz gəlir

03.10.2012 | 3539 dəfə oxunub

Sabah Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "İnter" bu gün ölkəmizə gələcək. Stadium.az xəbər verir ki, Milan təmsilçisi Bakıya 20 futbolçu ilə gəlir. Onlar arasında komandanın aparıcı üzvləri olan Antoni Kassano, Dieqo Milito və Xavyer Zanetti olmayacaq. Baş məşqçi Andrea Stramaççoni adıçəkilən futbolçuları Bakıya gətirməyəcək. Gənc məşqçi 3 aparıcı futbolçusunu həftə sonu baş tutacaq Milan derbisi üçün qorumaq qərarına gəlib. Ölkəmizə gəlməyəcək futbolçular arasında təcrübəli Valter Samuel də olmayacaq. "İnter"in Bakıya gələcək heyəti aşağıdakı kimidir: 

Qapıçılar: Samir Handanoviç, Luka Kastelatsi, Vid Beleç

Müdafiəçilər: Matias Silvestr, Andrea Ranokkya, Juan Jesus, Jonatan, Matteo Byanketti, Yuto Naqatomo 
 
Yarımmüdafiəçilər: Freddi Quarin, Qabi Mundinqayn, Esteban Kambiasso, Joel Obi, Valter Qarqano, Marko Benassi, Alvaro Pereyra
 
Hücumçular: Filipe Koutinyo, Covanni Terrani, Marko Livaya, Luka Qarritano  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail