Rusiyalı məşqçi: "Rubin" qrupda çətinliklə üzləşməməlidir"

03.10.2012 | 2347 dəfə oxunub

Rusiyanın "Ufa" klubunun baş məşqçisi İqor Kolıvanov Avroliqanın qrup mərhələsində mübarizə aparan Rusiya klublarının - "Anji" və "Rubin"in şanslarını dəyərləndirib. Stadium.az xəbər verir ki, rusiyalı məşqçi Azərbaycan çempionu "Neftçi" ilə bir qrupda yer alan "Rubin"in qrupda çətinliklə üzləşməməli olduğunu qeyd edib: "Hesab edirəm ki, "Anji" ilə "Rubin" qrupda uğurla çıxış edərək, ciddi çətinliklə üzləşməyərək növbəti mərhələyə yüksəlməlidirlər. Mahaçqalalıların heyətində xeyli sayda ulduz futbolçu toplaşıb. "Anji" bu heyətlə bir çox mütəxəssislərin proznozlaşdırdığı kimi təkcə ölkə daxilində deyil, eləcə də qitə kuboklarında inamla çıxış etməlidir. Rusiya çempionatında "Anji" artıq favorit olduğunu sübuta yetirib. O ki qaldı "Rubin"ə, kazanlılar da Avropa kuboklarında yaxşı çıxış etməyə borcludurlar. "Rubin" minimum qrupdan çıxmalıdır". 

Xatırladaq ki, "Rubin" və "Neftçi" ilə birgə "H" qrupunda "İnter"lə "Partizan" yer alıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail