Messi qarşıdakı "El Klassiko"dan danışdı

04.10.2012 | 6578 dəfə oxunub

"Barselona"nın hücumçusu Lionel Messi dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Benfika"ya qarşı keçirdikləri oyun haqda danışıb. Stadium.az xəbər verir ki, Messi Portuqaliya təmsilçisi ilə oyunda qol vura bilmədiyinə görə məyus olmadığını deyib: "Hə, mən qol vura bilmədim. Nə olsun ki? Mən qol haqda narahat deyiləm. Bu, meydana çıxarkən qarşıma qoyduğum əsas məqsəd deyil. Əsas olan komandamın qələbə qazanmasıdır. Pablo Aymarla görüşdüyüm üçün də çox xoşbəxtəm. Puyolun zədələnməsinə görə də xeyli təəssüfləndim. Kapitanımızın zədələnməsi yaxşı olmadı. Halbuki o bir müddət əvvəl zədədən bərpa olunmuşdu".

Messi həftə sonu baş tutacaq "El-Klassiko" haqda da söz açıb: "Benfika" ilə oyundan dərhal sonra "Real"la görüşün hazırlığına start verəcəyik. Bu görüşə qisas hissi ilə çıxmayacağıq. Biz Superkubokdakı məğlubiyyətin əvəzini çıxmaq haqda düşünmürük. Bizim motivasiyamız tam başqadır - La Liqadakı qələbə seriyamızı davam etdirməyə çalışmalıyıq". 



  #1   Adınız: Ceyhun Kerimov;   E-mail: [email protected]

04.10.2012 21:56

Barselona futbol seviyyesi medeniyyeti oz sozunu her yerde
deyib butun dunya futbolun numanedir... Real M. kral klubu
olmagina baxmayar Barcelonadan ders goturmelidi medeniyyet
pesekarliq seviyye futbol medeniyyeti...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail