"Bakı" - "Qəbələ": 23-cü duelə doğru

04.10.2012 | 3400 dəfə oxunub

Bu gün Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Qəbələ” səfərdə “Bakı” ilə görüşəcək. Stadium.az "Qəbələ"nin rəsmi internet saytına istinadən xəbər verir ki, səfər oyunu komandalar arasında 23-cü duel olacaq. İndiyə qədərki qarşılaşmaların balansında bakılılar öndə olsa da, son matçda "Qəbələ" rəqibini 4 cavabsız qolla darmadağın edib. Ümumilikdə “Bakı” “Qəbələ” ilə ən çox görüşən rəqibdir. Bu da tərəflərin 3 dəfə Azərbaycan kubokunda duelə çıxmağı ilə bağlıdır. Həmin 3 duelə sığan 6 matç və 16 çempionat oyununda “Qəbələ” hələlik 3 dəfə qalib gəlib. 

12-ci dəfə “Bakı”nın qonağı olacaq komanda ilk səfər qələbəsini qazanmaq əzmindədir. Hələ ki rəqibini onun meydanında yenməyən “Qəbələ” bu uğursuz seriyanı qıracağı halda səfərdə 3-cü dəfə rəqibindən xal alacaq.

2006/07 29.10.2006 Premyer Liqa Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 21.11.2006 Azərbaycan kuboku, 1/8 final Gilan (Qəbələ) - Bakı 0:2
2006/07 02.12.2006 Azərbaycan kuboku, 1/8 final Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 18.04.2007 Premyer Liqa Gilan (Qəbələ) - Bakı 0:1
2007/08 19.08.2007 Premyer Liqa Qəbələ - Bakı 2:0
2007/08 24.02.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2007/08 06.03.2008 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:1
2007/08 20.03.2008 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 1:1, p.4:3
2008/09 09.11.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2008/09 25.04.2009 Premyer Liqa Qəbələ - Bakı 0:1
2009/10 31.10.2009 Premyer Liqa Qəbələ - Bakı 0:2
2009/10 13.02.2010 Premyer Liqa Bakı - Qəbələ 2:0
2009/10 28.03.2010 Premyer Liqa Bakı - Qəbələ 1:1
2009/10 01.05.2010 Premyer Liqa Qəbələ - Bakı 1:0
2010/11 22.08.2010 Premyer Liqa Bakı - Qəbələ 2:1
2010/11 23.12.2010 Premyer Liqa Qəbələ - Bakı 0:1
2010/11 03.03.2011 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 0:0
2010/11 08.03.2011 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:0
2011/12 07.08.2011 Premyer Liqa Qəbələ - Bakı 0:0
2011/12 26.11.2011 Premyer Liqa Bakı - Qəbələ 2:1
2011/12 01.04.2012 Premyer Liqa Bakı - Qəbələ 2:1
2011/12 29.04.2012 Premyer Liqa Qəbələ - Bakı 4:0

- “Qəbələ”nin “Bakı” ilə oyunlarının balansı
Çempionatda:
Cəmi: +3=2-11, top fərqi – 11:21
Evdə: +3=1-4, top fərqi – 7:5
Səfərdə: +0=1-7, top fərqi – 4:16
Kubokda: 
Cəmi: +0=3-3, top fərqi – 2:6
Evdə: +0=2-1, top fərqi – 1:3
Səfərdə: +0=1-2, top fərqi – 1:3
Bütün turnirlər
Cəmi: +3=5-14, top fərqi – 13:27
Evdə: +3=3-5, top fərqi – 8:8
Səfərdə: +0=2-9, top fərqi – 5:19

 “Qəbələ”nin “Bakı” ilə oyunlarından məqamlar

- “Bakı” “Qəbələ”nin tarixində komandamızla ən çox qarşılaşan komandadır. Bu dəfəki görüş rəqiblərin 23-cü dueli olacaq.
- Əvvəlki 22 oyunda 92 futbolçu “Qəbələ” formasında meydana çıxıb.
- 2 futbolçu 10 və daha artıq matçda “Bakı”ya qarşı oynayıb: Pavel Doroşev – 12, Lyubo Baranin – 11. Samir Zərgərov və Azər Həşimov 9 belə matçın iştirakçısı olub.
- Pavel Doroşev – 1080, Lyubo Baranin – 949, Qoqa Beraya – 720 dəqiqə “Bakı”ya qarşı oynayıb.
- “Bakı”nın qapısına 13 qolu 11 futbolçu vurub. 
- Vitali Balamestnı və Yannik Kamanan hamıdan çox 2 dəfə fərqləniblər.
- Vurğun Hüseynov, Samir Zərgərov, Deon Burton, Turnike Aptsiauri, Viktor Mendi, Nodar Məmmədov, Paulino Lopez Tavares, Serj Cehua, Pərvin Paşayevin hesabında 1 qol var.
- “Bakı” ilə oyunlarda 36 futbolçu 57 vərəqə alıb.
- 6 futbolçu 3 dəfədən çox cəzalanıb: Qoqa Beraya – 5, Milan Antiç - 4, Samir Zərgərov, Vurğun Hüseynov, Lyubo Baranin, Razvan Tarlea – hərəsi 3 vərəqə alıb.
- “Qəbələ”nin aldığı 2 qırmızı vərəqə Milan Antiç və Lyubo Baraninin hesabındadır.
- “Bakı” ilə qarşılaşmalarda 6 qapıçız qol buraxıb. Nadir Şükürovla Rəşad Mustafayev hərəsi 1, Xəyal Zeynalov və Zurab Mamaladze hərəsi 3, Elnar Kərimov 5, Pavel Doroşev 14 dəfə topu tordan çıxarıb.
- 2007/08 mövsümündə ölkə kubokunun penaltilər seriyası nəzərə alınmasa əvvəlki 22 dueldə 4 penalti təyin olunub. Elnar Kərimov və Pavel Doroşev rəqib zərbəsi qarşısında aciz qalıb. Yannik Kamanan qeyri-dəqiq olduğu halda Serj Cehua  11 metrlik nöqtədən dəqiq olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail